Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
10 Noyabr 2026, 17:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
790
18.06.2026, 18:52
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin növbəti günü yekunlaşıb.
İmtahanın ikinci gününün birinci seansında Mil-Muğan regionu üzrə qeydə alınan ən yüksək nəticə 59 bal olub.
Oxu24.com "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, region üzrə sertifikasiya imtahanı Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil edilib. İmtahanda ən yüksək nəticəni 59 balla Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Səbinə Qasımova göstərib.
Səbinə Qasımova bildirib ki, imtahana əsasən fərdi şəkildə hazırlaşıb: “Vaxt tapdıqca özüm hazırlaşırdım və biliklərimi təkmilləşdirməyə çalışırdım”.
O, imtahan prosesinin şəffaf təşkil olunduğunu vurğulayaraq, təşkilatçılara təşəkkürünü ifadə edib: “İmtahan prosesi çox şəffaf keçdi. MÜTDA-ya təşəkkürlərimi bildirirəm”.
Müəllimin sözlərinə görə, test tapşırıqları müxtəlif çətinlik səviyyələrini əhatə edib: “Suallar səviyyələr üzrə tərtib olunmuşdu. Həm asan, həm orta, həm də düşündürücü suallar var idi”.
S.Qasımova sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə daha çox mütaliə etməyi və hazırlığa ciddi yanaşmağı tövsiyə edib: “İmtahan verəcək müəllimlərə çox oxumağı və hazırlıq prosesinə məsuliyyətlə yanaşmağı tövsiyə edirəm”.
O, sertifikatlaşdırmanın müəllimlərin peşəkar inkişafında mühüm rol oynadığını da qeyd edib: “Sertifikasiyanın müəllimlər üçün əsas faydası onların daim öz üzərlərində işləməsi, ixtisaslarının bütün incəliklərini öyrənməsi və peşəkar bacarıqlarını inkişaf etdirməsidir”.
17:10 / 10 Noyabr 2026
6
17:06 / 10 Noyabr 2026
21
16:55 / 10 Noyabr 2026
70
16:47 / 10 Noyabr 2026
57
16:41 / 10 Noyabr 2026
67
16:35 / 10 Noyabr 2026
79
16:21 / 10 Noyabr 2026
102
16:12 / 10 Noyabr 2026
170
15:58 / 10 Noyabr 2026
98
15:44 / 10 Noyabr 2026
190
15:34 / 10 Noyabr 2026
297
15:31 / 10 Noyabr 2026
92
15:25 / 10 Noyabr 2026
131
15:22 / 10 Noyabr 2026
109
14:58 / 10 Noyabr 2026
2629
14:55 / 10 Noyabr 2026
496
14:48 / 10 Noyabr 2026
437
14:23 / 10 Noyabr 2026
544
14:20 / 10 Noyabr 2026
926
14:09 / 10 Noyabr 2026
258
14:00 / 10 Noyabr 2026
921
13:44 / 10 Noyabr 2026
144
13:38 / 10 Noyabr 2026
405
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.