Üçtərəfli Bəyanatdan 6 il ötür: “Zəngəzur dəhlizi məsələsi hələ də açıq qalmaqdadır” — Politoloqdan ŞƏRH
10 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
575
18.06.2026, 19:25
Fransa İranla ABŞ arasında əldə olunan razılaşmanı dəstəkləyir.
Oxu24.com xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında bildirib.
"Fransanın xarici işlər naziri də Parisin diplomatik prosesə və əldə olunmuş anlaşma memorandumuna tam dəstəyini bildirərək, regionda sülhün, sabitliyin və dayanıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üçün bu imkandan istifadə olunmasının vacibliyini vurğulayıb", - Əraqçinin "Telegram" kanalında paylaşılan məlumatda qeyd olunur.
Əraqçi İran və Fransa arasında xüsusilə iqtisadi və ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün İslamabad anlaşma memorandumu çərçivəsində yaradılmış imkanlara diqqət çəkərək, bu razılaşmanın həyata keçirilməsində və ondan irəli gələn sülh proseslərinin dəstəklənməsində dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətiyyətli və hərtərəfli dəstəyinin zəruriliyini diqqətə çatdırıb.
Tərəflər həmçinin Hörmüz boğazında təhlükəsiz və beynəlxalq hüquqa uyğun gəmiçiliyin vacibliyini vurğulayıb, bu strateji su yolunda təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasının sülh və beynəlxalq ticarət üçün zəruri olduğunu qəbul ediblər.
Söhbət zamanı Əraqçi İslamabad anlaşma memorandumunun müddəalarına istinad edərək, müharibənin başa çatmasında və Livan da daxil olmaqla, bütün cəbhələrdə münaqişələrin dayandırılmasında fəal rol oynamaq üçün ABŞ-nin məsuliyyətini xatırladıb.
Xatırladaq ki, anlaşma memorandumu ABŞ Prezidenti Donald Tramp və onun iranlı həmkarı Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb. Daha sonra Ağ Ev rəhbəri Donald Tramp da məlumatı təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında bildirib.

17:10 / 10 Noyabr 2026
6
17:06 / 10 Noyabr 2026
21
16:55 / 10 Noyabr 2026
70
16:47 / 10 Noyabr 2026
57
16:41 / 10 Noyabr 2026
67
16:35 / 10 Noyabr 2026
79
16:21 / 10 Noyabr 2026
102
16:12 / 10 Noyabr 2026
170
15:58 / 10 Noyabr 2026
98
15:44 / 10 Noyabr 2026
190
15:34 / 10 Noyabr 2026
297
15:31 / 10 Noyabr 2026
92
15:25 / 10 Noyabr 2026
131
15:22 / 10 Noyabr 2026
109
14:58 / 10 Noyabr 2026
2629
14:55 / 10 Noyabr 2026
496
14:48 / 10 Noyabr 2026
437
14:23 / 10 Noyabr 2026
544
14:20 / 10 Noyabr 2026
926
14:09 / 10 Noyabr 2026
258
14:00 / 10 Noyabr 2026
921
13:44 / 10 Noyabr 2026
144
13:38 / 10 Noyabr 2026
405
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.