Baş prokurorun qəbuluna getmək istəyənlərin NƏZƏRİNƏ!
13 Noyabr 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2310
17.03.2021, 12:19
Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumatda qeyd olunur ki, həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.
2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bu qəbildən olan məlumatların həssaslığını nəzərə alaraq, kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş informasiyalara istinad edilməməsini xahiş edir.
11:21 / 13 Noyabr 2026
21
11:15 / 13 Noyabr 2026
37
11:12 / 13 Noyabr 2026
42
11:00 / 13 Noyabr 2026
54
10:50 / 13 Noyabr 2026
54
10:45 / 13 Noyabr 2026
56
10:39 / 13 Noyabr 2026
65
10:25 / 13 Noyabr 2026
85
10:22 / 13 Noyabr 2026
96
10:20 / 13 Noyabr 2026
72
10:08 / 13 Noyabr 2026
287
10:02 / 13 Noyabr 2026
78
09:51 / 13 Noyabr 2026
143
09:46 / 13 Noyabr 2026
971
09:44 / 13 Noyabr 2026
132
09:38 / 13 Noyabr 2026
103
09:34 / 13 Noyabr 2026
147
09:33 / 13 Noyabr 2026
84
09:31 / 13 Noyabr 2026
96
01:52 / 13 Noyabr 2026
300
01:49 / 13 Noyabr 2026
870
01:42 / 13 Noyabr 2026
79
00:49 / 13 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.