Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda əməliyyat: Qızlar tutuldu +FOTOLAR

Bakıda əməliyyat: Qızlar tutuldu +FOTOLAR

HÜQUQ

2361

05.07.2020, 11:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.  

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Onların diqqətinə çatdırılıb ki, onların hərəkətləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir. 

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

HƏMÇİNİN OXU:   SON DƏQİQƏ! Azərbaycanda bəzi xidmət sahələrinin fəaliyyəti DAYANDIRILDI