Nəsimi Musayevdən XƏBƏR VAR
26 Oktyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
886
25.04.2020, 16:51
Vətəndaş polisdən şikayətçidir.
Oxu24.com xəbər verir ki, bu barədə "Report"a Rasim Aşurov danışıb.
O bildirib ki, bu gün Bakının İzmir küçəsində diş həkimindən evə piyada qayıdan zaman onu və bacısı Dinarə Aşurovanı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis nəfəri Fərid Sultanlı saxlayıb:
"Diş klinikasından çölə çıxan zaman polis əməkdaşı bizi saxladı. Hər ikimizdə rəsmi icazə sənədi var idi. Lakin bu gün şənbə olduğu üçün bacımın iş günü deyildi. Amma sistemdə icazə göstərilib. Dinarə Aşurova isə 8103-ə SMS göndərməmişdi. Polis əməkdaşı bildirdi ki, bacım cərimə olunacaq. Biz də razılaşdıq. Lakin polis əməkdaşı qeyd elədi ki, biz cəriməni indi ödəməliyik. Yəni poçtda gedərək cərimənin ödənilməsini tələb etdi. Mən yerindəcə ödənilmənin olmadığını ona desəm də, razılaşmadı, işin məhkəməyə gedəcəyini söylədi və protokol tərtib etdi. Sonra bizi öz avtomobilinə mindirərək yaxınlıqdakı poçta apardı. Biz məcbur olaraq poçtda 100 manat cəriməni ödədik.
Hətta biz poçta daxil olanda orada çalışan xanım zarafatla polisə bildirdi ki, "bu qədər şəxsləri cərimələmək üçün haradan tapırsan?" Mən həmin xanımın danışığından belə başa düşdüm ki, bizdən əvvəl bir neçə şəxsi də cərimələyib və bu qayda ilə poçta aparır".
R.Aşurov söyləyib ki, hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi" xidmətinə şikayət edib.
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.