Qaynar xətt:

(+99450) 247 90 86

DİM bu tarixdə imtahan keçirəcək

DİM bu tarixdə imtahan keçirəcək

CƏMİYYƏT

38

19.11.2026, 10:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 22-də Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbi iddiaçıların Azərbaycan dili imtahanı) keçiriləcək.

Bu barədə Oxu24.com-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda 253 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlanır.

Qeyd edək ki, noyabrın 22-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar.

Danışıq bloku üzrə imtahan noyabrın 26-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.