Vərəsəliklə alınan ½ pay satıla bilərmi? – Vəkildən açıqlama
28 Avqust 2026, 12:29
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
32
28.08.2026, 12:15
Toy və nişan mərasimləri ilə bağlı bəzi adət-ənənələr müasir dövrdə də ayrı-ayrı ailələr tərəfindən yaşadılır. Bunlardan biri də el arasında “süd pulu”, “süd halallığı” və ya buna bənzər ifadələrlə tanınan pulun gəlinin valideynlərinə verilməsidir. Bəs nikah pozulduqdan, tərəflər boşandıqdan sonra həmin pulun geri qaytarılması məhkəmə yolu ilə tələb edilə bilərmi?
Məsələ ilə bağlı İsrafil Əlili Oxu24.com-a açıqlamasında bildirib ki, burada ilk növbədə pulun hansı məqsədlə və hansı hüquqi əsasla verildiyi müəyyənləşdirilməlidir.
Vəkilin sözlərinə görə, əgər toy və ya nikahdan əvvəl qızın valideynlərinə verilən 2000 manat tərəflərin razılığı ilə hədiyyə kimi təqdim olunubsa, sonradan nikahın pozulması həmin məbləğin avtomatik şəkildə geri qaytarılması üçün əsas yaratmır.
“Əgər hər hansı məbləğ hədiyyə olaraq verilibsə, sonradan onun geri tələb edilməsi məsələsi fərqli qiymətləndirilə bilməz. Nikahın sonradan pozulması özü-özlüyündə həmin hədiyyənin geri qaytarılması öhdəliyi yaratmır. Burada əsas məsələ pulun verilməsi zamanı tərəflərin iradəsinin və məqsədinin nə olmasıdır”, – deyə İsrafil Əlili qeyd edib.
Onun sözlərinə görə, “süd pulu” anlayışı daha çox milli adət-ənənələrdən qaynaqlanan məsələdir və onun hüquqi mahiyyəti hər konkret hadisədə ayrıca araşdırılmalıdır. Belə pul bəzi ailələrdə qızın valideynlərinə “halallıq” almaq məqsədilə verilir, bəzi hallarda isə ənənəvi olaraq hədiyyə xarakteri daşıyır.
Vəkil bildirib ki, müasir hüquq münasibətlərində isə məhkəmə üçün əsas olan pulun xalq arasında necə adlandırılması deyil, onun hüquqi mahiyyəti və verilmə faktıdır.
“Biz bunu el arasında ‘süd pulu’ adlandıra bilərik. Amma məhkəmə məsələyə hüquqi prizmadan yanaşır. Pulun hansı əsasla verildiyi, tərəflər arasında bununla bağlı hər hansı öhdəliyin olub-olmaması, həmin məbləğin hədiyyə edilib-edilməməsi və digər hallar nəzərə alınır. Əgər söhbət hədiyyədən gedirsə, nikahın pozulması həmin hədiyyənin avtomatik geri alınması anlamına gəlmir”, – deyə hüquqşünas vurğulayıb.
İsrafil Əlilinin sözlərinə görə, bu məsələ toy və nişan zamanı verilən digər hədiyyələrlə də müəyyən mənada müqayisə oluna bilər. Məsələn, nikah mərasimində gəlinə təqdim olunan zinət əşyaları və digər hədiyyələr də, bir qayda olaraq, hədiyyə mahiyyəti daşıyır və onların sonradan nikahın pozulmasına görə avtomatik şəkildə geri qaytarılması tələb edilmir.
“Toyda, nişanda qıza hədiyyə olunan zinət əşyaları xanımda qalırsa, eyni yanaşma hədiyyə xarakterli pul vəsaitlərinə münasibətdə də gündəmə gələ bilər. Əgər həmin məbləğ könüllü şəkildə hədiyyə olunubsa, sonradan ‘boşandıq, verdiyim pulu qaytarın’ tələbinin irəli sürülməsi ayrıca hüquqi əsas tələb edir”, – deyə vəkil bildirib.
Hüquqşünas eyni zamanda vurğulayıb ki, hər bir iş üzrə konkret hallar əhəmiyyət daşıyır. Tərəflər arasında pulun borc kimi verilməsi, müəyyən şərtlə təqdim edilməsi və ya sonradan qaytarılması barədə ayrıca razılaşma olubsa, məsələ tamamilə başqa cür qiymətləndirilə bilər. Buna görə də “süd pulu” adı altında verilən bütün məbləğlərə avtomatik olaraq eyni hüquqi qiymətin verilməsi düzgün yanaşma olmaz.
Vəkil qeyd edib ki, bu cür hallarda pulun verilməsinə dair yazılı sənəd, bank köçürməsi, mesajlaşmalar, şahid ifadələri və digər sübutlar məsələnin araşdırılmasında əhəmiyyətli ola bilər. Lakin sadəcə pulun “süd pulu” adlandırılması onun hüquqi baxımdan borc olduğunu göstərmir.
“Ümumiyyətlə, hər bir şəxs məhkəməyə müraciət edə bilər. Lakin məhkəməyə müraciət etmək başqa, həmin tələbin təmin olunması başqa məsələdir. İddiaçı öz tələbinin hüquqi əsaslarını və sübutlarını ortaya qoymalıdır. Əgər ortada hədiyyə münasibəti varsa və pulun geri qaytarılması ilə bağlı hər hansı öhdəlik mövcud deyilsə, boşanma faktının özü həmin məbləğin geri qaytarılması üçün kifayət etmir”, – deyə İsrafil Əlili əlavə edib.
Beləliklə, hüquqşünasların yanaşmasına əsasən, nikahdan əvvəl və ya toy mərasimində qızın valideynlərinə verilən “süd pulu”nun boşanmadan sonra geri tələb edilməsi məsələsində əsas meyar pulun hansı məqsədlə verilməsidir. Əgər həmin vəsait hədiyyə kimi təqdim olunubsa, nikahın sonradan pozulması onun avtomatik qaytarılması üçün hüquqi əsas yaratmır. Əksinə, pulun borc və ya qaytarılması şərti ilə verildiyini təsdiq edən konkret razılaşma və sübutlar varsa, məsələ məhkəmədə fərqli qiymətləndirilə bilər.
12:29 / 28 Avqust 2026
1
12:03 / 28 Avqust 2026
57
11:59 / 28 Avqust 2026
44
11:42 / 28 Avqust 2026
48
11:40 / 28 Avqust 2026
48
11:20 / 28 Avqust 2026
58
11:10 / 28 Avqust 2026
56
11:01 / 28 Avqust 2026
47
10:58 / 28 Avqust 2026
54
10:50 / 28 Avqust 2026
58
10:40 / 28 Avqust 2026
59
10:37 / 28 Avqust 2026
58
10:20 / 28 Avqust 2026
67
10:15 / 28 Avqust 2026
53
09:59 / 28 Avqust 2026
60
09:45 / 28 Avqust 2026
68
09:30 / 28 Avqust 2026
67
09:15 / 28 Avqust 2026
75
09:02 / 28 Avqust 2026
69
09:00 / 28 Avqust 2026
69
08:58 / 28 Avqust 2026
74
23:43 / 27 Avqust 2026
71
23:03 / 27 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.