Ərdoğan Makronla ikitərəfli münasibətləri və qlobal məsələləri müzakirə edib
27 Oktyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
248
07.10.2026, 17:45
7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
XİN-dən Oxu24.com-a verilən xəbərə görə, nazir çıxışında, artan qlobal gərginlik fonunda beynəlxalq hüququn fundamental norma və prinsiplərinə riayət olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, qarşılıqlı hörmət və maraqlar əsasında ölkələrarası əməkdaşlığın regional sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün mühüm amil olduğunu vurğulayıb.
Çıxışda, MDB-nin yaranmasının 35 illiyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 20 illiyi qeyd edilərək, Birliyin bərabərhüquqlu dialoq və çoxtərəfli əməkdaşlıq platforması kimi rolu vurğulanıb. Humanitar əməkdaşlığın gündəlikdəki mühüm yerindən bəhs edən nazir, 2027-2028-ci illər üzrə iki yüzdən çox tədbiri özündə cəmləşdirən Prioritet Tədbirlər Planının önəmini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanda keçirilmiş III MDB Oyunları və Laçın şəhərində “2025-ci il MDB-nin Mədəniyyət paytaxtı” çərçivəsində həyata keçirilən tədbirlərin Birlik məkanında mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.
Azərbaycanın MDB dövlətləri ilə ticari-iqtisadi və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verdiyi bildirilib. Ticarət dövriyyəsinin müsbət dinamikası, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan irimiqyaslı sərmayələr nəticəsində Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, liman və dəmir yolu infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirildiyi diqqətə çatdırılıb. Bu addımların regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına kömək edəcəyi bildirilib.
Sonda nazir Ceyhun Bayramov Azərbaycanın bütün MDB dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qaldığını bir daha təsdiqləyib. Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidova ölkəsinin MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində uğurlar arzulanıb və Azərbaycan tərəfinin qarşıya qoyulan vəzifələrin həllində lazımi dəstəyi göstərməyə hazır olduğu diqqətə çatdırılıb.
Tədbir çərçivəsində həmçinin bir sıra qarşılıqlı maraq doğuran çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, dövlət və hökumət başçıları tərəfindən qəbul ediləcək bir sıra qərar layihələri nəzərdən keçirilib.
22:48 / 27 Oktyabr 2026
30
22:46 / 27 Oktyabr 2026
11
22:44 / 27 Oktyabr 2026
34
22:41 / 27 Oktyabr 2026
38
22:39 / 27 Oktyabr 2026
136
22:37 / 27 Oktyabr 2026
42
22:24 / 27 Oktyabr 2026
73
22:21 / 27 Oktyabr 2026
62
22:03 / 27 Oktyabr 2026
246
21:55 / 27 Oktyabr 2026
71
21:46 / 27 Oktyabr 2026
71
21:33 / 27 Oktyabr 2026
518
21:14 / 27 Oktyabr 2026
371
21:09 / 27 Oktyabr 2026
81
21:01 / 27 Oktyabr 2026
75
20:59 / 27 Oktyabr 2026
111
20:40 / 27 Oktyabr 2026
455
20:35 / 27 Oktyabr 2026
90
20:35 / 27 Oktyabr 2026
85
20:27 / 27 Oktyabr 2026
103
20:13 / 27 Oktyabr 2026
79
19:57 / 27 Oktyabr 2026
109
19:39 / 27 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.