Qaynar xətt:

(+99450) 247 90 86

Sabunçuda doğulan Zorge kim idi?

Sabunçuda doğulan Zorge kim idi?

MARAQLI

50

07.10.2026, 17:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qeyd dəftərçəsindən.

"Rixard Zorge 4 oktyabr 1895-ci il tarixdə  Bakının alman mühəndisi Adolf Zorgenin ailəsində  Sabınçı qəsəbəsində doğulmuşdu. O, deyirdi: “Mən Bakıda doğulmuşam özümü Azərbaycanlı hesab edə bilərəm. Amma təəssüf ki, Azərbaycan dilini bilmirəm”.

Gənc Rixard SSRİ-də və Almaniyada İnternasionalda fəaliyyət göstərmiş, kəşfiyyata maraq göstərmişdir.

Zorge ötən əsrin 30-cu illərindən başlayaraq əvvəlcə Çində, sonra isə Yaponiyada rezident kimi fəaliyyət göstərmişdir. 

 Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ rəhbərliyini Almaniya tərəfindən gözlənilən hücumla bağlı xəbərdar etmişdi. Lakin Stalin və onun komandası bu bu informasiyaya etinasız yanaşıb. 

"Ramzay" – Zorgenin agentura təxəllüsü belə idi- 1941-ci ildə Yaponiyada fəaliyyət göstərərkən SSRİ rəhbərliyinə Yaponiyanın yaxın gələcəkdə sovetlərə hücum etməyəcəyi barədə dəqiq kəşfiyyat məlumatı göndərib. Məhz bu məlumat sayəsində SSRİ şərq (Sibir və Uzaq Şərq) sərhədlərindəki 18 diviziyanı, tank və təyyarələri rahatlıqla Moskva ətrafına cəmləyərək paytaxtı müdafiə edə bilib.

Əgər Moskva yıxılsaydı və SSRİ cəbhəsi tamamilə çöksəydi, Hitlerin növbəti əsas hədəfi olan Bakı neft yataqlarının işğalı ("Edelveys" planı) daha tez və asanlıqla reallaşa bilərdi. Zorge müharibənin gedişatını dəyişən məlumatı ilə SSRİ-nin, dolayısı ilə də Bakının faşist işğalına düşməsinin qarşısını ala bilib.

Zorgenin sovet cəsusu olduğu müəyyənləşəndən sonra Yaponiyada yerləşən Alman səfirliyinin əməkdaşları və səfir başda olmaqla bir çox adam çaşqınlıq içərisində idi. Xəfiyyə hər zaman özünü alovlu nasist kimi göstərmiş və Yaponiyada reyx üçün mühüm olan şəxslərin etimadını qazanmışdı.

Barəsində həbs qərarı çıxarılan Zorge Suqamo həbsxanasına göndərilir. Ağır işgəncələr altında Zorge xəfiyyə olduğunu etiraf etsə də SSRİ üçün işlədiyini inkar etdi.

Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində Tokio vaxtı ilə 10:20 də asılaraq edam edilir. Həbsxana protokolunda edamın icrası barədə belə yazılmışdır: dar ağacından çıxarılandan sonra məhbus Rixard Zorgenin ürəyi səkkiz dəqiqə döyünüb. 

Edamın ardından Zorgenin cəsədi saxlanıldığı Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlığa dəfn edilir. Sonralar Zorgenin Almaniyada yaşayan anası Anna Klausenin səyi nəticəsində onun cəsəd həbsxanadan çıxarılır. Nəşin yeni yeri kimi Tokionun Füçi səmtində yerləşən məzarlıq seçilir. Rixard Zorgenin külünün saxlanıldığı məzar bu gün belə burada yerləşməkdədir.

1964-cü ilin 5 noyabr tarixində Rixard Zorgenin ölümünün 20 illiyi münasibətilə Moskvada tədbir təşkil olunur və ona SSRİ qarşısında olan müstəsna xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adı verilir. Zorgenin dul qalmış yapon xanımı Hanako İşhi üçün sovetlər tərəfindən aylıq maaş kəsilir. Hanako 2000-ci ilin iyul ayında Tokiodakı evində vəfat edənə qədər sözügedən maaşı SSRİ-dən və daha sonra Rusiyadan almışdır.

p.s.

Bakıda Zorge adına park və həmin parkda əfsanəvi kəşfiyyatçının orijinal heykəli var. Bəziləri Zorgenin adı ilə bağlı olan bütün təsisatların ləğvini iddia edir. Zənnnimcə, bu düzgün yanaşma deyil. Zorge faşizmə qarşı mübarizə aparıb. Üstəlik də o, deyirdi: “Mən Bakıda doğulmuşam özümü Azərbaycanlı hesab edə bilərəm”.