Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
07 Oktyabr 2026, 18:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
54
07.10.2026, 17:57
Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən "Piyada əleyhinə minaların insan hüquqlarından tam istifadəyə təsiri: Zərərçəkənlərə yardımın gücləndirilməsi" adlı qətnamə qəbul edilib.
Bu barədə Oxu24.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qətnaməyə 70 dövlət həmmüəllif qismində qoşulub və sənəd səsvermə keçirilmədən qəbul edilib.
Azərbaycan sessiya çərçivəsində bu mühüm birgə təşəbbüsün gündəmdə saxlanılması və təşviqi məqsədilə ictimai dialoq təşkil edib, habelə mövzuya həsr olunmuş yan tədbirin həmtəşkilatçısı qismində çıxış edib.
Dünyada mina ilə ən ciddi şəkildə çirklənmiş ölkələrdən biri olan Azərbaycan piyada əleyhinə minaların yaratdığı kəskin problemdən əziyyət çəkir. Piyada əleyhinə minalar və partlamamış hərbi sursatlar insan hüquqlarından tam istifadəyə uzunmüddətli və ağır təsir göstərməklə, zərərçəkənlərin, onların ailə üzvlərinin həyatına ciddi fəsadlar törədir. Bu baxımdan, qətnamədə zərərçəkənlərə yardım məsələsinə xüsusi diqqət yetirilməsini alqışlayırıq.
Mina fəaliyyəti davamlı sülhün təməl elementlərindən biridir və münaqişədən sonrakı bərpa prosesində mühüm rol oynayır. Mina təmizlənməsi keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaratmaqla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərin və icmaların bərpasına, habelə sosial-iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verir.
Qətnamədə mina fəaliyyəti, sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması arasında qarşılıqlı əlaqəyə mühüm diqqət yetirilməsini təqdir edirik. Mina təmizlənməsi, həmçinin iqlimlə bağlı risklərə daha səmərəli uyğunlaşmanın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, qətnamənin insan hüquqları kontekstində mina fəaliyyəti ilə iqlim risklərinə uyğunlaşma arasındakı əlaqəyə dair anlayışın formalaşdırılması və dərinləşdirilməsinə töhfə verməsini vacib hesab edirik.
Minaların törətdiyi itkilərin miqyası, xüsusilə mina fəaliyyəti və zərərçəkənlərə yardım üçün daha güclü beynəlxalq dəstəyin, tərəfdaşlıqların və davamlı maliyyələşmənin səfərbər edilməsinin vacibliyini bir daha nümayiş etdirir. Bu baxımdan, BMT İnsan Hüquqları Şurasının üzv dövlətləri mina təmizlənməsi və zərərçəkənlərə yardım üçün maliyyələşməni artırmağa, o cümlədən alternativ maliyyələşdirmə mənbələrindən və dövlət-özəl tərəfdaşlıqlardan istifadə etməyə çağırmasını alqışlayırıq.
Azərbaycan mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın, həmrəyliyin və davamlı dəstəyin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır və mina fəaliyyətinin insan hüquqlarının qorunması, davamlı sülh və inkişafın təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirir.
18:34 / 07 Oktyabr 2026
2
18:28 / 07 Oktyabr 2026
16
18:09 / 07 Oktyabr 2026
45
18:07 / 07 Oktyabr 2026
49
17:55 / 07 Oktyabr 2026
65
17:45 / 07 Oktyabr 2026
54
17:40 / 07 Oktyabr 2026
63
17:22 / 07 Oktyabr 2026
735
17:20 / 07 Oktyabr 2026
127
17:18 / 07 Oktyabr 2026
73
17:14 / 07 Oktyabr 2026
78
17:07 / 07 Oktyabr 2026
69
17:02 / 07 Oktyabr 2026
86
16:58 / 07 Oktyabr 2026
436
16:52 / 07 Oktyabr 2026
71
16:50 / 07 Oktyabr 2026
69
16:16 / 07 Oktyabr 2026
66
15:55 / 07 Oktyabr 2026
77
15:54 / 07 Oktyabr 2026
1634
15:36 / 07 Oktyabr 2026
404
15:26 / 07 Oktyabr 2026
178
15:13 / 07 Oktyabr 2026
84
14:45 / 07 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.