Qaynar xətt:

(+99450) 247 90 86

Valideynlər yetkinlik yaşına çatmış övladını evdən qeydiyyatdan çıxara bilərmi? - Hüquqşünas açıqladı  

Valideynlər yetkinlik yaşına çatmış övladını evdən qeydiyyatdan çıxara bilərmi? - Hüquqşünas açıqladı  

HÜQUQ

64

11.08.2026, 12:59

Mənzil-hüquq münasibətlərində və ailədaxili məsələlərdə ən çox qarşılaşlan mövzulardan biri valideynlərin öz mənzilində qeydiyyatda olan yetkinlik yaşına çatmış övladlarının hüquqi statusudur. Çox vaxt mənzil mülkiyyətçisi olan valideynlər övladlarını qeydiyyatdan çıxarmaq imkanları və ya mənzil üzərində hüquqların böyüşdürülməsi ilə bağlı suallarla üzləşirlər. Eyni zamanda, yetkinlik yaşına çatmış övladların valideynləri sağ olduğu dövrdə mənzildə pay sahibi olub-olmaması cəmiyyətdə tez-tez müzakirə mövzusuna çevrilir. Qanunvericilikdə bu tür hallarla bağlı konkret hüquqi normativlər və prosedurlar müəyyən edilmişdir. Bu cür məsələlərin hüquqi tərəflərini dəqiq bilmək vəatandaşların öz hüquqlarını qoruması baxımından böyük əhəmiyyət kəsb edir.

Məsələ ilə bağlı Oxu24.com-a hüquqşünas Hadı Hüseynov bildirib ki, valideynlərin yetkinlik yaşına çatmış övladlarını öz adlarına olan evdən qeydiyyatdan çıxarmaq hüququ var:

"Bəli, valideynlər öz yetkinlik yaşına çatmış övladlarını adlarına olan mənzildən qeydiyyatdan çıxarda bilərlər. Lakin bu proses yalnız qanunvericilikdə nəzərdə tutulmuş müvafiq yollarla və qaydada həll olunmalıdır”.

Hüquqşünas qeyd edib ki, yetkinlik yaşına çatmış uşaqların valideynləri sağ olan dövrdə onların adına olan evdə heç bir payı yoxdur. Pay hüququ yalnız valideynlər vəfat etdikdən sonra, vərəsəlik hüququnu əldə etməklə və vərəsəlik şəhadətnaməsi almaqla həyata keçirilə bilər.