Təzə binadan ev alanlara VACİB XƏBƏR: Çıxarış almaq üçün...
27 Oktyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
359
07.08.2026, 17:37
Son zamanlar daşınmaz əmlak bazarında ən çox rast gəlinən problemlərdən biri mənzilin müqavilədə göstərilən sahəsi ilə çıxarışda (kupçada) qeyd olunan kvadraturanın üst-üstə düşməməsidir. Vətəndaşlar tez-tez belə hallar baş verdikdə tikinti şirkətlərini alıcıları aldatmaqda təqsirləndirirlər. Lakin bu cür fərqliliklərin yaranması hər zaman tikinti şirkətinin birbaşa günahı demək deyildir.
Məsələyə aydınlıq gətirmək və hüquqi mübahisələri nizama salmaq məqsədilə Ali Məhkəmə mühüm hüquqi mövqeyini açıqlayıb. Yeni yanaşmaya əsasən, müqavilədə xüsusi şərt göstərilməyibsə, əsas meyar çıxarışdakı rəqəm deyil, mənzilin faktiki işçi sahəsi götürülməlidir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Nigar Əliyeva bildirib ki, müqavilədə mənzilin sahəsinin necə hesablanacağı ayrıca göstərilməyibsə, əsas meyar məhz faktiki işçi sahəsidir:
"Əgər faktiki işçi sahə müqavilədə göstərilən sahədən azdırsa, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edə bilər”.
Onun sölərinə görə, lakin burada diqqət yetirilməli məqam var. Vəkil qeyd edib ki, bu cür tələblər üzrə iddia müddəti 5 ildir və həmin müddət mənzilin fiziki təhvil verildiyi gündən hesablanır. Mənzil alarkən müqavilədə sahənin hansı qayda ilə hesablandığını mütləq yoxlayın, çünki sonradan yaranan bir çox mübahisənin qarşısını məhz bu şərt ala bilər.
Çimnaz Telmanqızı
18:49 / 27 Oktyabr 2026
3
18:46 / 27 Oktyabr 2026
1
18:41 / 27 Oktyabr 2026
20
18:34 / 27 Oktyabr 2026
46
18:30 / 27 Oktyabr 2026
54
18:23 / 27 Oktyabr 2026
54
18:20 / 27 Oktyabr 2026
58
18:05 / 27 Oktyabr 2026
107
18:05 / 27 Oktyabr 2026
90
18:02 / 27 Oktyabr 2026
69
18:00 / 27 Oktyabr 2026
65
17:50 / 27 Oktyabr 2026
69
17:33 / 27 Oktyabr 2026
931
17:29 / 27 Oktyabr 2026
93
17:27 / 27 Oktyabr 2026
139
17:19 / 27 Oktyabr 2026
103
17:16 / 27 Oktyabr 2026
90
17:13 / 27 Oktyabr 2026
89
17:02 / 27 Oktyabr 2026
141
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
94
16:49 / 27 Oktyabr 2026
168
16:39 / 27 Oktyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.