Gəlin qayınatasının evində qeydiyyatdadırsa, həmin evdən pay ala bilər? – Vəkildən AÇIQLAMA
06 Oktyabr 2026, 20:42
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
300
07.08.2026, 16:59
Əmək münasibətlərində işçilərin ən çox üzləşdiyi problemlərdən biri də işəgötürən tərəfindən təzyiq göstərilərək öz ərizəsi ilə işdən çıxmağa məcbur edilməsidir. Bir çox hallarda bu proses rəhbərlə işçi arasında təkbətək söhbət zamanı baş verdiyindən, sonradan məhkəmədə bunu sübut etmək çətinləşir. Hüquqşünasların sözlərinə görə, belə hallarda səs yazısı mühüm sübut vasitələrindən biri kimi qiymətləndirilə bilər.
Oxu24.com-a açıqlama verən vəkil İmran Ələkbərov bildirib ki, əgər işçi rəhbər tərəfindən işdən çıxmaq barədə ərizə yazmağa məcbur edilirsə və bu söhbəti səs yazısı ilə qeydə alıbsa, həmin material məhkəməyə sübut kimi təqdim oluna bilər.
Vəkilin sözlərinə görə, ilk növbədə işçi öz hüquqlarını qorumaq üçün aidiyyəti dövlət qurumlarına müraciət etməlidir. Əgər artıq işçi təzyiq altında ərizə yazmağa məcbur olubsa və əmək müqaviləsinə xitam verilibsə, qanunvericilik ona bu qərardan şikayət etmək imkanı yaradır.
İmran Ələkbərov qeyd edib ki, belə hallarda işçi əvvəlcə mediasiya mərhələsini keçməli, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edərək işə bərpa olunmasını tələb etməlidir. Onun sözlərinə görə, əmək mübahisələri üzrə işə bərpa tələbi ilə bağlı iddia müddəti bir aydır və bu müddət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır.
Vəkil vurğulayıb ki, rəhbərlə işçi arasında baş vermiş danışığın səs yazısı məhkəmə tərəfindən qiymətləndirilə və sübut kimi qəbul oluna bilər. Çünki söhbət şəxsin şəxsi həyatına aid məlumatlardan deyil, əmək münasibətləri çərçivəsində yaranmış hüquqi mübahisədən gedir.
Onun sözlərinə görə, praktikada işçini məcbur etmə faktını təsdiqləyən başqa sübutların əldə edilməsi əksər hallarda mümkün olmur. Belə vəziyyətdə rəhbərin işçiyə “ərizə yazmalısan”, “öz istəyinlə çıxmalısan” və ya oxşar məzmunlu ifadələrinin səs yazısında əks olunması məhkəmənin iş üzrə obyektiv qərar verməsinə kömək edə bilər.
İmran Ələkbərov bildirib ki, məhkəmə təqdim olunan səs yazısını digər sübutlarla birlikdə araşdırır və onun qanuni yolla əldə edilib-edilmədiyini, eləcə də mübahisə ilə birbaşa əlaqəsini qiymətləndirir. Əgər səs yazısı əmək münasibətlərinə dair faktları təsdiqləyirsə, bu, işçinin hüquqlarının bərpası üçün mühüm hüquqi əsaslardan birinə çevrilə bilər.
Vəkil sonda qeyd edib ki, işçilər təzyiq altında öz hüquqlarından imtina etməməli, qanunvericiliyin onlara verdiyi müdafiə mexanizmlərindən istifadə etməli, zərurət yarandıqda isə vaxt itirmədən hüquqi yardım alaraq məhkəmə qaydasında hüquqlarının bərpasına nail olmağa çalışmalıdırlar.
02:27 / 07 Oktyabr 2026
12
02:18 / 07 Oktyabr 2026
87
01:44 / 07 Oktyabr 2026
58
00:44 / 07 Oktyabr 2026
64
00:32 / 07 Oktyabr 2026
226
00:10 / 07 Oktyabr 2026
87
23:58 / 06 Oktyabr 2026
61
23:41 / 06 Oktyabr 2026
100
23:27 / 06 Oktyabr 2026
154
23:10 / 06 Oktyabr 2026
87
22:57 / 06 Oktyabr 2026
96
22:50 / 06 Oktyabr 2026
93
22:38 / 06 Oktyabr 2026
107
22:35 / 06 Oktyabr 2026
121
22:30 / 06 Oktyabr 2026
235
22:28 / 06 Oktyabr 2026
88
22:25 / 06 Oktyabr 2026
100
22:22 / 06 Oktyabr 2026
3417
22:17 / 06 Oktyabr 2026
1617
22:12 / 06 Oktyabr 2026
69
22:10 / 06 Oktyabr 2026
414
22:10 / 06 Oktyabr 2026
72
21:42 / 06 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.