Ali Məhkəmə mühüm məlumat yaydı
29 İyun 2026, 11:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
149
29.06.2026, 13:31
Birinci qrup əlilliyi olan şəxslərin pensiyalarının azaldılması ilə bağlı müraciətlər son dövrlər daha çox müzakirə olunan məsələlərdən biridir.
Vəkil Vəfadar Piriyev Oxu24.com-a açıqlamasında bildirib ki, belə hallarda ilk növbədə pensiyanın hansı səbəbdən azaldıldığını müəyyənləşdirmək vacibdir və vətəndaşlar tələsmədən aidiyyəti qurumlara müraciət etməlidirlər.
Hüquqşünasın sözlərinə görə, pensiya məbləğində dəyişiklik müxtəlif texniki və hüquqi səbəblərlə əlaqədar ola bilər:“Əgər vətəndaşın pensiyası azaldılıbsa, ilk növbədə Dövlət Sosial Müdafiə Fonduna və ya DOST xidmət mərkəzlərinə müraciət edərək bunun səbəbini öyrənməlidir. Ola bilər ki, pensiya işində yenidən hesablanma aparılıb, inventarlaşma prosesi həyata keçirilib və ya müəyyən sənədlər əsasında yeni qiymətləndirmə aparılıb. Səbəbi dəqiq bilmədən hüquqi addımlar atmaq düzgün olmaz.”
Vəkil qeyd edib ki, sosial ödənişlərlə bağlı vaxtaşırı inventarlaşma işlərinin aparılması qanunvericilikdə nəzərdə tutulur:“Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə pensiya təyin edən və sosial ödənişlərin həyata keçirilməsi ilə məşğul olan qurumları müəyyən dövrlərdə inventarlaşma işləri aparırlar. Bu zaman pensiya işləri yenidən nəzərdən keçirilə və bəzi hallarda məbləğlərdə dəyişiklik baş verə bilər. Lakin belə dəyişikliklərin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi əsas şərtdir.”
Vəfadar Piriyevin sözlərinə görə, uzun illər ərzində formalaşmış hüquqi münasibətlərə sonradan müdaxilə edilməsi ciddi hüquqi əsaslar tələb edir:“Əgər bir şəxs 18 il ərzində müəyyən məbləğdə pensiya alıbsa və həmin pensiya qanuni əsaslarla təyin olunubsa, uzun müddət keçdikdən sonra onun azaldılması məsələsi çox diqqətlə araşdırılmalıdır. Bu cür hallarda vətəndaşın hüquqları və legitim gözləntiləri nəzərə alınmalıdır.”
Hüquqşünas İnzibati İcraat Haqqında Qanunun müvafiq müddəalarına da diqqət çəkib:“Qanunvericiliyə əsasən, inzibati aktların geri çağırılması ilə bağlı müəyyən zaman məhdudiyyətləri mövcuddur. İnzibati İcraat Haqqında Qanunun müvafiq maddələrində göstərilir ki, qanuni qüvvəyə minmiş inzibati aktların uzun illər sonra ləğv edilməsi və ya dəyişdirilməsi xüsusi əsaslar olmadan mümkün deyil. Bu baxımdan, 18 il əvvəl verilmiş qərarın bu gün yenidən dəyişdirilməsi hüquqi mübahisə predmetinə çevrilə bilər.”
Vəkil hesab edir ki, belə hallarda məhkəmə müdafiəsi də mümkün hüquqi vasitələrdən biridir:“Əgər vətəndaş DOST xidmət mərkəzlərinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdən sonra problemi həll edə bilmirsə, o zaman məsələ məhkəmə müstəvisində araşdırıla bilər. Məhkəmə bütün sənədləri, pensiyanın təyin edilmə tarixini, sonradan aparılmış hesablamaları və qanunvericiliyin tələblərini qiymətləndirərək qərar verəcək.”
Bununla belə, Vəfadar Piriyev məhkəməyə müraciət etməzdən əvvəl inzibati qaydada problemin həllinə üstünlük verilməsini tövsiyə edir:“Praktikamızda dəfələrlə vətəndaşları DOST mərkəzlərinə yönləndirmişik və bir çox problemlər məhz orada həllini tapıb. İnsanlar bəzən məhkəməyə getmədən, sadəcə əlavə izahat və ya sənəd təqdim etməklə məsələlərini həll edə bilirlər. Buna görə də ilk addım olaraq DOST xidmətinə müraciət etmək daha məqsədəuyğundur.”
Hüquqşünas vurğulayıb ki, sosial təminat hüququ Konstitusiya ilə qorunan fundamental hüquqlardan biridir və vətəndaşların bu hüquqlarının müdafiəsi dövlətin əsas vəzifələrindən hesab olunur:“Əlilliyi olan şəxslərin sosial müdafiəsi xüsusi həssaslıq tələb edən sahədir. Əgər vətəndaş pensiyasının qanunsuz şəkildə azaldıldığını düşünürsə, öz hüquqlarını müdafiə etməkdən çəkinməməli, aidiyyəti qurumlara və lazım gəldikdə məhkəməyə müraciət etməlidir.”
Vəkil sonda bir daha vətəndaşlara çağırış edərək bildirib ki, hər hansı sosial ödənişlə bağlı dəyişiklik baş verdikdə, ilk növbədə onun hüquqi əsaslarını öyrənmək və rəsmi izahat almaq vacibdir. Bu, həm vaxt itkisini, həm də gələcək hüquqi mübahisələrin qarşısını almağa kömək edir.
Jalə
15:05 / 29 İyun 2026
16
15:01 / 29 İyun 2026
122
14:58 / 29 İyun 2026
284
14:50 / 29 İyun 2026
39
14:37 / 29 İyun 2026
64
14:32 / 29 İyun 2026
113
14:00 / 29 İyun 2026
61
13:47 / 29 İyun 2026
87
13:20 / 29 İyun 2026
439
13:12 / 29 İyun 2026
132
13:06 / 29 İyun 2026
93
12:54 / 29 İyun 2026
812
12:51 / 29 İyun 2026
83
12:43 / 29 İyun 2026
566
12:39 / 29 İyun 2026
78
12:37 / 29 İyun 2026
304
12:06 / 29 İyun 2026
74
12:01 / 29 İyun 2026
395
12:00 / 29 İyun 2026
81
11:51 / 29 İyun 2026
93
11:48 / 29 İyun 2026
77
11:46 / 29 İyun 2026
67
11:43 / 29 İyun 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.