Ali Məhkəmə bu suala cavab verdi
13 Noyabr 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2956
14.03.2026, 22:22
Azərbaycanda bir çox vətəndaşlar hesab edir ki, məhkəmə iclasında iştirak etmədikdə iş avtomatik olaraq təxirə salınır. Lakin qanunvericilik bəzi hallarda məhkəməyə tərəfin iştirakı olmadan da işə baxmaq və yekun qərar qəbul etmək imkanı verir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi müəyyən prosedur qaydaları çərçivəsində məhkəmənin vətəndaşın iştirakı olmadan qətnamə çıxarmasını nəzərdə tutur.
Vəkilin sözlərinə görə, əgər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılıbsa, lakin üzrlü səbəb göstərmədən iclasa gəlmirsə və iddiaçı da buna etiraz etmirsə, işə qiyabi icraat qaydasında baxıla bilər.
Bu halda məhkəmə qiyabi qətnamə qəbul edir. Cavabdeh həmin qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün ərzində onun ləğvi üçün ərizə verə və ya 30 gün müddətində apellyasiya şikayəti təqdim edə bilər. Məhkəmə gəlməmənin səbəbini üzrlü hesab edərsə, qiyabi qətnamə ləğv edilə bilər
Esmira Rzayeva qeyd edir ki, borc münasibətləri ilə bağlı işlərdə də tərəflər çağırılmadan qərar verilə bilər. Əgər kreditorun tələbi açıq və sənədlərlə təsdiqlənmişdirsə, məhkəmə işə əmr icraatı qaydasında baxaraq 3 gün ərzində məhkəmə əmri çıxara bilər.
Borclu əmri aldıqdan sonra 10 gün müddətində etiraz verərsə, məhkəmə əmri ləğv edilir və iş artıq tərəflərin iştirakı ilə iddia icraatı qaydasında baxılır.
Qanunvericiliyə əsasən, mülki işlər üzrə iddianın məbləği 5000 manatdan, kommersiya mübahisələrində isə 10 000 manatdan az olduqda işə sadələşdirilmiş qaydada baxılır. Bu zaman məhkəmə 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə iclası keçirmədən qətnamə qəbul edir.
Əgər tərəflər qərardan şikayət verməzsə, qətnamə qəbul edildiyi gündən bir ay sonra qanuni qüvvəyə minir.
Vəkil Esmira Rzayeva vətəndaşlara müraciət edərək bildirib ki, məhkəmə bildirişlərinə məhəl qoymamaq hüquqi nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, rəsmi qaydada xəbərdar edilmiş şəxsin iclaslarda iştirak etməməsi məhkəməyə onun iştirakı olmadan da qərar çıxarmaq imkanı verir.
“Vətəndaşlar ünvan və əlaqə məlumatlarını düzgün təqdim etməli, məhkəmə sənədlərini vaxtında qəbul etməli və qanunla nəzərdə tutulmuş müddətlərdə öz hüquqlarını müdafiə etməlidirlər”, – deyə vəkil vurğulayıb.
Hazırladı: Miri Məcidli
10:50 / 13 Noyabr 2026
13
10:45 / 13 Noyabr 2026
18
10:39 / 13 Noyabr 2026
43
10:25 / 13 Noyabr 2026
73
10:22 / 13 Noyabr 2026
87
10:20 / 13 Noyabr 2026
62
10:08 / 13 Noyabr 2026
209
10:02 / 13 Noyabr 2026
70
09:51 / 13 Noyabr 2026
121
09:46 / 13 Noyabr 2026
770
09:44 / 13 Noyabr 2026
118
09:38 / 13 Noyabr 2026
96
09:34 / 13 Noyabr 2026
134
09:33 / 13 Noyabr 2026
76
09:31 / 13 Noyabr 2026
87
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
837
01:42 / 13 Noyabr 2026
76
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
255
23:53 / 12 Noyabr 2026
1893
23:51 / 12 Noyabr 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.