Ali Məhkəmə bu suala cavab verdi
13 Noyabr 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2319
13.03.2026, 21:37
Mütəxəssislərin sözlərinə görə, vəfat etmiş şəxsin bank və ya digər borclarının taleyi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
Oxu24.com xəbər verir ki,Qanunvericiliyə əsasən, insan vəfat etdikdən sonra onun bütün hüquq və öhdəlikləri mirasın tərkibinə daxil olur. Miras isə iki hissədən ibarət sayılır:
Miras aktivi – yəni əmlak, pul və digər mülkiyyət;
Miras passivi – yəni borclar və öhdəliklər.
Ekspertlər bildirirlər ki, əgər vəfat edən şəxsin heç bir əmlakı yoxdursa, bu halda mirasın aktiv hissəsi mövcud sayılmır. Belə vəziyyətdə mirası qəbul edən şəxs də faktiki olaraq olmur və nəticədə həmin borcları ödəmək üçün hüquqi məsuliyyət daşıyan şəxs də yaranmır.
Bu səbəbdən:
həyat yoldaşı,
övladlar,
digər qohumlar
yalnız mirası qəbul etdikləri halda borca görə məsuliyyət daşıya bilərlər. Əgər miras əmlakı yoxdur və heç kim mirası qəbul etməyibsə, qohumların həmin borcu ödəmək kimi hüquqi öhdəliyi yaranmır.
Ekspertlərin sözlərinə görə, belə hallarda bank yalnız mirası qəbul etmiş şəxsə qarşı iddia qaldıra bilər. Əgər nə miras əmlakı, nə də mirası qəbul edən şəxs yoxdursa, bankın borcun ödənilməsi ilə bağlı konkret bir şəxsdən tələb irəli sürməsi mümkün olmur.
11:12 / 13 Noyabr 2026
8
11:00 / 13 Noyabr 2026
31
10:50 / 13 Noyabr 2026
45
10:45 / 13 Noyabr 2026
47
10:39 / 13 Noyabr 2026
56
10:25 / 13 Noyabr 2026
78
10:22 / 13 Noyabr 2026
91
10:20 / 13 Noyabr 2026
67
10:08 / 13 Noyabr 2026
258
10:02 / 13 Noyabr 2026
73
09:51 / 13 Noyabr 2026
135
09:46 / 13 Noyabr 2026
903
09:44 / 13 Noyabr 2026
124
09:38 / 13 Noyabr 2026
99
09:34 / 13 Noyabr 2026
140
09:33 / 13 Noyabr 2026
81
09:31 / 13 Noyabr 2026
92
01:52 / 13 Noyabr 2026
297
01:49 / 13 Noyabr 2026
859
01:42 / 13 Noyabr 2026
76
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
268
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.