Baş prokurorun qəbuluna getmək istəyənlərin NƏZƏRİNƏ!
13 Noyabr 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
860
13.03.2026, 14:16
“Təkcə cərimə kifayət deyil” - Sosioloqdan yeni qanuna münasibət
Uşaqların hüquqlarının qorunması sahəsində qanunvericilikdə müəyyən dəyişikliklər edilib. Belə ki, uşağa qarşı cismani cəzanın tətbiqinə görə cərimə tətbiq ediləcək. Valideyn və ya müəllimlərin uşaqlara qarşı fiziki zorakılığa görə cərimənin miqdarı 200 manatadək təyin olunub.
Lakin bu yanaşma birmənalı qarşılanmır. Sosial şəbəkələrdə bildirilir ki, bu cür maliyyə sanksiyası həm cəza, həm də xəbərdarlıq funksiyasına malikdir, lakin uşaqların hüquqlarının tam qorunması üçün kifayət etməyə bilər.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən sosioloq Sahib Altay bildirib ki, uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə edilən son dəyişikliklər cəmiyyət üçün olduqca həssas və müzakirəyə açıq bir məsələdir.
Onun sözlərinə görə, valideyn və ya müəllimlərin uşaqlara qarşı fiziki zorakılığa görə 200 manatadək cərimə ilə cəzalandırılmasının nəzərdə tutulması dövlətin uşaqların təhlükəsizliyinə və hüquqlarına ciddi yanaşdığını göstərir:
“Bu qərarın məqsədi yalnız cəzalandırmaq deyil, həm də cəmiyyətdə uşaqlara qarşı zorakılığın qəbuledilməz olduğunu açıq şəkildə göstərməkdir. Uzun illər ərzində bir çox ailə və təhsil mühitində fiziki cəza “tərbiyə üsulu” kimi qəbul edilib. Bu stereotipin dəyişməsi isə yalnız hüquqi mexanizmlərlə deyil, həm də maarifləndirmə və sosial davranış normalarının transformasiyası ilə mümkündür”.
Sosioloq qeyd edib ki, sosial şəbəkələrdə səslənən fikirlər də müəyyən qədər başa düşüləndir:
“200 manatlıq cərimə bəzi hallarda simvolik xarakter daşıya bilər və uşaqların hüquqlarının tam qorunması üçün təkcə maliyyə sanksiyası kifayət etməyə bilər. Tədqiqatlar göstərir ki, zorakılığın qarşısını almaq üçün kompleks yanaşma vacibdir. Buraya valideynlərin maarifləndirilməsi, məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, müəllimlərin davranış və konflikt idarəetməsi üzrə təlimləri, həmçinin ictimai nəzarət mexanizmlərinin inkişafı daxildir.
Digər tərəfdən, belə bir hüquqi norma cəmiyyətdə mühüm mesaj verir, yəni uşaqların fiziki toxunulmazlığı dövlət tərəfindən qorunan əsas dəyərlərdən biridir. Bu, uzunmüddətli perspektivdə sosial davranışların dəyişməsinə, ailədaxili münasibətlərdə daha humanist yanaşmanın formalaşmasına səbəb ola bilər”.
Yeganə
11:21 / 13 Noyabr 2026
21
11:15 / 13 Noyabr 2026
37
11:12 / 13 Noyabr 2026
42
11:00 / 13 Noyabr 2026
54
10:50 / 13 Noyabr 2026
54
10:45 / 13 Noyabr 2026
56
10:39 / 13 Noyabr 2026
65
10:25 / 13 Noyabr 2026
85
10:22 / 13 Noyabr 2026
96
10:20 / 13 Noyabr 2026
72
10:08 / 13 Noyabr 2026
287
10:02 / 13 Noyabr 2026
78
09:51 / 13 Noyabr 2026
143
09:46 / 13 Noyabr 2026
971
09:44 / 13 Noyabr 2026
132
09:38 / 13 Noyabr 2026
103
09:34 / 13 Noyabr 2026
147
09:33 / 13 Noyabr 2026
84
09:31 / 13 Noyabr 2026
96
01:52 / 13 Noyabr 2026
300
01:49 / 13 Noyabr 2026
870
01:42 / 13 Noyabr 2026
79
00:49 / 13 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.