İşə gecikənlərə mühüm xəbər: 72-ci maddənin təsiri barədə AÇIQLAMA
13 Noyabr 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
978
10.03.2026, 21:28
Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar həbs olunub. Cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş - Elvin və Səxavət (bütün adlar şərtidir - red.) birgə mühakimə ediliblər.
Hadisənin təfərrüatına gəlincə, əsas müttəhim Seyran 4 il Gülsümlə sevgili olub. Qızın Seyranın başqası ilə danışdığını öyrənməsi ilə onların münasibəti bitib. Daha dəqiq desək, Gülsüm üçün bitib. Seyran bir neçə dəfə cəhd etsə də, barışıq əldə edə bilmədiyi üçün Gülsümü evlənmək məqsədilə zorla qaçırmaq qərarına gəlib. Bu işdə isə ona dostları Səxavət və Elvin qardaşları kömək ediblər.
Gülsüm qohumugilə gedərkən Seyran onu zorla Səxavətlə Elvinə aid maşına mindirib, səs-küy saldığını gördükdən sonra isə onu bıçaqla hədələyib. Pis vəziyyətdə qalan Gülsüm Seyranı inandırıb ki, onu buraxsa, el adəti ilə evlənməyə razılıq verəcək. Seyran yolda olarkən qıza onunla evlənəcəyinə dair məcburi video da çəkdirib. Gülsüm evə qayıdandan sonra isə polis dərhal işə keçib, adam oğurluğunda şübhəli bilinən dostların üçü də saxlanılıb. Zərərçəkmiş qız polisə yazdığı ərizədə də, məhkəmədəki ifadəsində də təqsirləndirilən şəxslərdən şikayətçi olub, onları bağışlamadığını deyib.
Bu cür hallarda qanunvericilikdə nəzərdə tutulan cəzalarla bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Nadir Məmmədlinin sözlərinə görə, belə hallar yalnız mənəvi və sosial problem deyil, eyni zamanda bir neçə maddə üzrə cinayət məsuliyyəti yaradan ağır hüquq pozuntusu hesab olunur.
Hüquqşünas qeyd edib ki, bir şəxsin evlənmək məqsədilə zorla qaçırılması Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə azadlıq hüququnun pozulması və insanın iradəsi əleyhinə hərəkət kimi qiymətləndirilir:
"Xanımın razılığı olmadan zor tətbiq etməklə və ya hədə-qorxu yolu ilə qaçırılması adam oğurluğu və ya qanunsuz azadlıqdan məhrumetmə kimi qiymətləndirilə bilər. Məsələnin digər mühüm tərəfi isə qıza təzyiq göstərilərək video çəkdirilməsidir. Bir şəxsi məcbur edərək onun iradəsi əleyhinə hər hansı video və ya açıqlama verməyə məcbur etmək psixoloji təzyiq və məcbur etmə elementi daşıyır, bu da ayrıca hüquqi qiymət tələb edən hərəkətdir.
Əgər həmin video sonradan yayılarsa və ya şantaj məqsədilə istifadə edilərsə, bu halda əlavə olaraq şəxsi həyatın toxunulmazlığının pozulması, hədə-qorxu ilə tələb etmə (şantaj), şəxsi məlumatların qanunsuz yayılması kimi digər cinayət tərkibləri də yarana bilər".
N.Məmmədli bildirib ki, baş verən hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi – adam oğurluğu kimi qiymətləndirilə bilər:
"Həmin maddəyə əsasən, adam oğurluğu törədən şəxs 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər.
Sözügedən hadisə Cinayət Məcəlləsinin 145-ci maddəsi – qanunsuz azadlıqdan məhrum etmə kimi də hüquqi qiymət ala bilər. Bu əmələ görə isə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur".
Yeganə
13:05 / 13 Noyabr 2026
10
12:57 / 13 Noyabr 2026
36
12:45 / 13 Noyabr 2026
58
12:32 / 13 Noyabr 2026
65
12:20 / 13 Noyabr 2026
57
12:17 / 13 Noyabr 2026
57
12:08 / 13 Noyabr 2026
377
11:55 / 13 Noyabr 2026
82
11:45 / 13 Noyabr 2026
143
11:40 / 13 Noyabr 2026
83
11:21 / 13 Noyabr 2026
270
11:15 / 13 Noyabr 2026
93
11:12 / 13 Noyabr 2026
164
11:00 / 13 Noyabr 2026
95
10:50 / 13 Noyabr 2026
90
10:45 / 13 Noyabr 2026
133
10:39 / 13 Noyabr 2026
109
10:25 / 13 Noyabr 2026
109
10:22 / 13 Noyabr 2026
207
10:20 / 13 Noyabr 2026
95
10:08 / 13 Noyabr 2026
441
10:02 / 13 Noyabr 2026
102
09:51 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.