İşə gecikənlərə mühüm xəbər: 72-ci maddənin təsiri barədə AÇIQLAMA
13 Noyabr 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
797
09.03.2026, 16:10
Azərbaycan ərazisində vətəndaşların qarşılaşdığı ən aktual problemlərdən biri kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi və sonradan həmin əmlaka çıxarış (kupça) almaqda çətinlik çəkmələridir.
Oxu24.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə çıxarış almaq üçün ilk növbədə torpağın təyinatı dəyişdirilməlidir.
Bu proses isə iki əsas yolla həyata keçirilə bilər: Nazirlər Kabinetinin müvafiq qərarı və ya məhkəmənin müsbət qərarı əsasında.
Qeyd olunur ki, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi zamanı əsas meyarlardan biri həmin torpağın yerləşdiyi ərazidir. Belə ki, torpaq sahəsinin yaxınlığında artıq yaşayış təyinatlı torpaqların olması, fərdi yaşayış evlərinin mövcudluğu və ya müəyyən radiusda təyinatı dəyişdirilmiş torpaq sahələrinin yerləşməsi bu prosesin müsbət həllinə təsir edə bilər.
Hüquqşünaslar bildirirlər ki, bu şərtlər mövcud olduğu halda torpaq sahəsinin təyinatı dəyişdirilə və bundan sonra həm torpaq sahəsinə, həm də həmin ərazidə tikilmiş fərdi yaşayış evinə çıxarış almaq mümkün olur.
Mütəxəssislər vətəndaşlara belə hallarda hüquqi prosedurları düzgün həyata keçirmək üçün peşəkar hüquqi yardım almağı tövsiyə edirlər. Torpaq sahələrinə çıxarışın alınması, təyinatının dəyişdirilməsi və digər sənədləşmə məsələləri ilə bağlı vətəndaşlar müvafiq hüquq şirkətlərinə müraciət edə bilərlər.
Hazırladı: Turan
13:43 / 13 Noyabr 2026
34
13:41 / 13 Noyabr 2026
29
13:20 / 13 Noyabr 2026
41
13:05 / 13 Noyabr 2026
76
12:57 / 13 Noyabr 2026
70
12:45 / 13 Noyabr 2026
95
12:32 / 13 Noyabr 2026
118
12:20 / 13 Noyabr 2026
85
12:17 / 13 Noyabr 2026
86
12:08 / 13 Noyabr 2026
542
11:55 / 13 Noyabr 2026
102
11:45 / 13 Noyabr 2026
166
11:40 / 13 Noyabr 2026
97
11:21 / 13 Noyabr 2026
311
11:15 / 13 Noyabr 2026
101
11:12 / 13 Noyabr 2026
197
11:00 / 13 Noyabr 2026
116
10:50 / 13 Noyabr 2026
100
10:45 / 13 Noyabr 2026
153
10:39 / 13 Noyabr 2026
130
10:25 / 13 Noyabr 2026
119
10:22 / 13 Noyabr 2026
261
10:20 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.