Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
602
29.03.2025, 14:26
Qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədova verilən ittiham məlum olub.
Oxu24.com xəbər verir ki, Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
İttiham öz təsdiqini taparsa təqsirləndirilən şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xətai rayon Məhkəməsində Qalib Məmmədovun müdafiəçiləri tərəfindən verilən ev dustaqlığı ilə bağlı vəsatət rədd edilib və onun barəsində 1 ay müddəti həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə iş icraçısı və ekskavotorun sürücüsü Eynullayev Qala Seymur oğluda məsuliyyətə cəlb olunub. Ona da eyni ittihamlar verilib və Xətai rayon Məhkəməsi onun barəsində təqdimat daxil olub. Yaxın vaxtlarda onun da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.
Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb.
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.
02:23 / 23 Avqust 2026
79
22:37 / 22 Avqust 2026
133
21:49 / 22 Avqust 2026
199
21:35 / 22 Avqust 2026
147
20:40 / 22 Avqust 2026
151
20:15 / 22 Avqust 2026
148
20:14 / 22 Avqust 2026
152
19:59 / 22 Avqust 2026
88
19:48 / 22 Avqust 2026
171
19:33 / 22 Avqust 2026
161
18:55 / 22 Avqust 2026
230
18:26 / 22 Avqust 2026
107
18:21 / 22 Avqust 2026
131
13:55 / 22 Avqust 2026
133
13:36 / 22 Avqust 2026
834
13:34 / 22 Avqust 2026
124
13:31 / 22 Avqust 2026
126
12:55 / 22 Avqust 2026
133
12:55 / 22 Avqust 2026
114
12:35 / 22 Avqust 2026
108
12:34 / 22 Avqust 2026
145
12:15 / 22 Avqust 2026
107
11:59 / 22 Avqust 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.