Azərbaycanda neçə nəfər vəkil var?
18 Aprel 2025, 10:22
Qaynar xətt:
(+99450) 247 90 86"Oleq Bakinski" aclığa başlayıb
HÜQUQ
511
12.03.2025, 17:38
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə video formatda keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Elşən Soltanov "Global Force" şirkətində direktor vəzifəsində çalışdığını bildirib. O, imzalanan müqavilələrdən xəbərdar olmadığını söyləyib: "İmzaladığım müqavilələrin bir qismindən müəyyən səbəblərə görə xəbərim olmurdu. Neçə müqaviləni imzaladığımı xatırlamıram. Onların icrasından da məlumatım olmurdu. Ümumiyyətlə, bəzi məsələlərə görə şirkət daxilində rəhbərliklə problemlər yaşayırdım. Mən ofisin daxili işlərindən başqa heç nə ilə məşğul ola bilmirdim. Bu vəzifəyə məni Konstantin Kuçer təyin etmişdi".
Konstantin Kuçer prokurorun ünvanladığı suala cavab olaraq bildirib ki, o, belə bir tapşırıq verməyib.
Daha sonra K.Kuçerin vəkili vəsatət verərərək bildirib ki, zərərçəkənlərin 2024-cü ilin iyulun 1-dən, 2025-ci ilin fevralınadək əhatə edən dövrdə ölkəyə giriş-çıxışı ilə bağlı məlumatlar məhkəməyə təqdim edilsin. Onların Bakıda neçə dəfə olduğu müəyyən edilsin.
Məhkəmə müşavirəsi əsasında vəsatəti təmin edib.
Oleq Krapivinin vəkili isə müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib: "Oleq Krapivin peşəkar idmançıdır. Həmçinin o, aclıq aksiyasına da başlayıb. Onun ittiham olunduğu maddə az ağır cinayət hesab olunur. Xahiş edirəm onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edəsiniz".
Oleq Krapivin də vəsatətin təmin olunmasını xahiş edib: "Mən 60 yaşındayam. Azərbaycanlı şahidlər də təsdiqlədi ki, mənim hadisə ilə əlaqəm yoxdur. Biz öz şahidlərimizi qoyub, başqalarına niyə inanmalıyıq?”
Daha sonra sənədlər tədqiq edilib.
Məhkəmə tibbi ekspertizasının rəyində göstərilib ki, Valeriy Zaxarenkovun sol dirsəyi sınıb və alnında kəsik yarası var. O, bununla bağlı “Yeni Klinika”ya müraciət edib. Müəyyən edilib ki, onun sağlamlığına az ağır zərər dəyib.
Həmçinin oxuyun
Digrər sənədlərin tədqiq edilməsi növbəti prosesə saxlanılıb.
Hakim Elnur Nuriyev deyib ki, aclıq aksiyasının prosesə təsiri olmayacaq. Bu, bir növ məhkəməyə təzyiq kimi qəbul olunur.
Məhkəmə Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxmaq üçün müşavirəyə gedib.
Vəsatət təmin edilməyib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
14:25 / 18 Aprel 2025
Peskov Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələrinin daxil edilməsindən danışıb
4
14:21 / 18 Aprel 2025
Dilqəm Məhərrəmov üsyan etdi:"Gözümü açandan plastik cərrahiyyə ilə məşğulam..."
6
14:08 / 18 Aprel 2025
Baş nazirdən maaşlar ilə bağlı - Qərar
247
14:02 / 18 Aprel 2025
Səhiyyə Nazirliyi açıqlama yaydı
18
13:32 / 18 Aprel 2025
Həbs olunan qazidən xəbər var
32
13:23 / 18 Aprel 2025
Prezident başsağlığı verdi
520
12:41 / 18 Aprel 2025
Azərbaycanda 85 yaşlı molla əlil qadını zorlayıb (18+)
698
12:26 / 18 Aprel 2025
Bu işarə varsa "WhatsApp" mesajlarınızı başqası oxuyur
42
12:07 / 18 Aprel 2025
Kartdakı pullarınızı dələduzlardan qorumağın yolları bunlardır — Mütəxəssidən vətəndaşlara vacib məlumat
1813
11:36 / 18 Aprel 2025
Zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
53
11:21 / 18 Aprel 2025
Bu virusa yoluxanlar ömrü boyu dərman içirlər — İİV(QİCS) xəstələrini müalicə edən həkimlə MÜSAHİBƏ
2210
11:13 / 18 Aprel 2025
Hikmət Mirzəyevə ağır itki
1562
11:09 / 18 Aprel 2025
“O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
62
10:59 / 18 Aprel 2025
ABŞ Trampın yaxın həftələrdə Ukrayna ilə bağlı planlarını açıqlayıb
48
10:43 / 18 Aprel 2025
41 yaşlı kişi iş başında həyatını itirdi
55
10:41 / 18 Aprel 2025
Tanınmış bloger avtomobili ilə qəzaya düşüb-FOTO
46
10:23 / 18 Aprel 2025
DTX-nın tutduğu hakerin şok əməlləri üzə çıxdı: "Karnaval" ləqəbli şəxslə...
276
10:22 / 18 Aprel 2025
Azərbaycanda neçə nəfər vəkil var?
56
10:11 / 18 Aprel 2025
Neftin qiyməti dəyişdi
52
10:07 / 18 Aprel 2025
3 rayonda qaz olmayacaq
62
10:05 / 18 Aprel 2025
Kartlardan bu qədər pul oğurlandı
54
09:40 / 18 Aprel 2025
Şagird dərs zamanı çəkiclə müəllimin başına zərbə endirib
63
09:30 / 18 Aprel 2025
Qəzalı binalar söküləcək - Ünvanlar
155
09:20 / 18 Aprel 2025
Köhnə avtomobil mühərrikinə hansı yağ tökülməlidir? – Vacib məqamlar
58
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.