Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103480
az

Yol Polisi İdarəsi valideynlərə çağırış edib

11:1327 Fevral, 2024
353
HÜQUQ
  • A
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə çağırış edib.
 
 
İdarədən  Oxu24.com-a verilən məlumata görə, müraciətdə deyilir:
 
 
"Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsinə icazə verməyin. Təssüflər olsun ki, sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir. Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həmdə məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.
 
Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Telefonunu zəng üçün qonşusuna verdi,pulları oğurlandı - ŞİKAYƏT
Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Kamala Harrisə görə Tramp 900 milyon dollar itirib