Azərbaycan səhnəsinin ilk Hamleti -HƏYAT HEKAYƏSİ
21 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
318
05.07.2025, 18:48
Hazırda avtomobil bazarında artım müşahidə olunmur. Bazarda ümumi qeyri-fəallıq hökm sürür. İkinci əl avtomobil bazarında alıcılar daha çox mühərrik həcmi 1550 sm³-dən 2040 sm³-ə qədər olan avtomobillərə maraq göstərirlər.
Bu kateqoriyaya həm benzin, həm də dizel mühərrikli nəqliyyat vasitələri daxildir. Paralel olaraq, hibrid və elektriklə işləyən sedan tipli avtomobillərə də tələbat artmaqdadır.
Oxu24.com xəbər verir ki bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Ekspertin sözlərinə görə, yeni avtomobillər bazarında isə vətəndaşlar əsasən mühərrik həcmi 2040 sm³-dən 2500 sm³-ə qədər olan hibrid avtomobillərə üstünlük verirlər:
"Bu avtomobillərin böyük hissəsi krossover və mini-krossover seqmentinə aiddir. Ümumiyyətlə, Azərbaycanda krossoverlərə olan maraq digər nəqliyyat vasitələri ilə müqayisədə daha yüksəkdir".
Cəfərov əlavə edib ki, ölkəyə gətirilən avtomobillərin əksəriyyəti istehsalçı zəmanəti olmayan nəqliyyat vasitələridir. Bu, həm köhnə, həm də yeni modellərə aiddir:
"İstehsalçı zəmanəti olan və rəsmi nümayəndəliklər tərəfindən gətirilən avtomobillər də bazarda mövcuddur, lakin onların sayı çox azdır. Alıcılar daha çox qiymət baxımından münasib, lakin zəmanətsiz avtomobillərə üstünlük verirlər. Nəticədə, bazarda qeyri-sağlam rəqabət formalaşır. Bu vəziyyət rəsmi diler və distribütorların satış və xidmət sahəsində çətinliklərlə üzləşməsinə gətirib çıxarır.
Ötən il ölkəyə 90 minə yaxın avtomobil idxal olunub və onların təxminən 30 min ədədi hibrid və elektromobillərdən ibarət olub. Yəni ölkəyə gətirilən avtomobillərin əhəmiyyətli hissəsi ekologiyaya zərər vurmayan nəqliyyat vasitəsidir".
Eldəniz Cəfərovun fikrincə, hibrid mühərrikli avtomobillərə maraq olsa da, bu maraq hələlik satış rəqəmlərində öz əksini tam tapmır:
"Azərbaycana bu tip avtomobillər kifayət qədər gətirilsə də, onların satışları yüksək səviyyədə deyil".
11:10 / 21 Oktyabr 2026
88
11:10 / 21 Oktyabr 2026
32
11:09 / 21 Oktyabr 2026
33
11:00 / 21 Oktyabr 2026
34
10:44 / 21 Oktyabr 2026
66
10:36 / 21 Oktyabr 2026
127
10:35 / 21 Oktyabr 2026
53
10:28 / 21 Oktyabr 2026
88
10:26 / 21 Oktyabr 2026
74
10:20 / 21 Oktyabr 2026
60
10:17 / 21 Oktyabr 2026
345
09:59 / 21 Oktyabr 2026
65
09:50 / 21 Oktyabr 2026
78
09:38 / 21 Oktyabr 2026
84
09:36 / 21 Oktyabr 2026
64
09:34 / 21 Oktyabr 2026
134
09:31 / 21 Oktyabr 2026
65
09:29 / 21 Oktyabr 2026
84
09:28 / 21 Oktyabr 2026
74
23:59 / 20 Oktyabr 2026
139
23:35 / 20 Oktyabr 2026
213
23:23 / 20 Oktyabr 2026
114
23:16 / 20 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.