İran Prezidenti: ABŞ danışıqlardan əvvəl sanksiyaları aradan qaldırmalıdır
20 Oktyabr 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
483
05.07.2025, 15:14
Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə bu dəhlizi təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi görür.
"Zəngəzur dəhlizinin açılışı Orta Dəhliz üçün strateji addım olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir. Bundan başqa, Çindən gələn yol ilə də inteqrasiya olunub. Belə bir əhəmiyyəti var. Bu prosesdə bütün addımlarımızı ən yaxşı şəkildə atırıq. Burada ən önəmlisi Zəngəzur xəttidir. Bu xəttə dəmir yolu sistemi də daxildir. Bu səbəbdən yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq", - deyə o vurğulayıb.
Ərdoğan onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verir.
Bundan əlavə, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyənin Qars-İğdır-Naxçıvan dəmir yolu xətti və Qarabağda tikinti yatırımları daha səmərəli fəaliyyət halına gələcək:
"Dünya dəyişir və bu vəziyyət yeni addımlar atmağı zəruri edir. Dəyişikliklərlə ayaqlaşmaq potensialı aktivləşdirmək və qazanc qapılarını açmaq deməkdir. Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək. Əldə olunacaq barışıq ilə bir-birinin ardınca yeni və tarixi fürsət pəncərələrinin açılmasının şahidi olacağıq. Münaqişələr və müharibələr səbəbindən boş qalan bölgənin potensialının aktivləşməsi ilə qalib modelin daha bir nadir nümunəsi ortaya çıxacaq". /Apa
11:26 / 21 Oktyabr 2026
1
11:10 / 21 Oktyabr 2026
131
11:10 / 21 Oktyabr 2026
34
11:09 / 21 Oktyabr 2026
34
11:00 / 21 Oktyabr 2026
37
10:44 / 21 Oktyabr 2026
66
10:36 / 21 Oktyabr 2026
127
10:35 / 21 Oktyabr 2026
55
10:28 / 21 Oktyabr 2026
90
10:26 / 21 Oktyabr 2026
76
10:20 / 21 Oktyabr 2026
62
10:17 / 21 Oktyabr 2026
349
09:59 / 21 Oktyabr 2026
66
09:50 / 21 Oktyabr 2026
79
09:38 / 21 Oktyabr 2026
84
09:36 / 21 Oktyabr 2026
64
09:34 / 21 Oktyabr 2026
135
09:31 / 21 Oktyabr 2026
66
09:29 / 21 Oktyabr 2026
85
09:28 / 21 Oktyabr 2026
76
23:59 / 20 Oktyabr 2026
140
23:35 / 20 Oktyabr 2026
214
23:23 / 20 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.