Azərbaycan səhnəsinin ilk Hamleti -HƏYAT HEKAYƏSİ
21 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
330
05.07.2025, 18:35
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Oxu24.com xəbər verir ki FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- bazarın dam örtüyünün taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;
- bazardakı tikililərin daxilində təşkil olunmuş satış sahələri yanar konstruksiyalarla quraşdırılıb və tavanları polietilen və tezalışan sintetik materiallarla üzlənib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- bazarın ərazisində yanğına qarşı su hovuzu və daxili yanğın kranları mövcud deyil;
- bazar avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;
- bazar ilkin odsöndürən alət və avadanlıqlarla tam təmin olunmayıb;
- mümkün yanğın və qəzalar zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı” işlənib hazırlanmayıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarının fəaliyyətinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
11:10 / 21 Oktyabr 2026
88
11:10 / 21 Oktyabr 2026
32
11:09 / 21 Oktyabr 2026
33
11:00 / 21 Oktyabr 2026
34
10:44 / 21 Oktyabr 2026
66
10:36 / 21 Oktyabr 2026
127
10:35 / 21 Oktyabr 2026
53
10:28 / 21 Oktyabr 2026
88
10:26 / 21 Oktyabr 2026
74
10:20 / 21 Oktyabr 2026
60
10:17 / 21 Oktyabr 2026
345
09:59 / 21 Oktyabr 2026
65
09:50 / 21 Oktyabr 2026
78
09:38 / 21 Oktyabr 2026
84
09:36 / 21 Oktyabr 2026
64
09:34 / 21 Oktyabr 2026
134
09:31 / 21 Oktyabr 2026
65
09:29 / 21 Oktyabr 2026
84
09:28 / 21 Oktyabr 2026
74
23:59 / 20 Oktyabr 2026
139
23:35 / 20 Oktyabr 2026
213
23:23 / 20 Oktyabr 2026
114
23:16 / 20 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.