Putin onu AZAD ETDİ
21 Oktyabr 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1301
04.07.2025, 13:18
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqa səfər edib. O, Ərbildə Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsud Bərzani, Kürdüstan Regional Hökumətinin (KRG) prezidenti Necirvan Bərzani, Kürdüstan Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzani və digər rəsmilərlə görüşüb.
İkitərəfli danışıqlar zamanı İran və İsrail arasında müharibədən sonra bölgədəki son vəziyyət və regional sülhün təmin olunması üçün atılacaq addımlar müzakirə edilib.
Görüşlərdə müzakirə olunan əsas məsələlərdən biri də “Terrorsuz Türkiyə” prosesi olub. Bu çərçivədə bütün bölgənin terror təhlükəsindən təmizlənməsi və terrorun regional gündəmdən çıxarılması istiqamətində atılacaq addımlar müzakirə edilib.
Bundan əlavə, danışıqlar zamanı İraq türkmənlərinin təhlükəsizliyi və siyasi proseslərdəki rolu da gündəmə gətirilib. Türkiyənin İraq türkmənlərinin yanında olduğu, onların hüquqlarının qorunmasına dəstək verdiyi xüsusi vurğulanıb.
Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, siyasi gərginliklərin artdığı bir zamanda bütün dövlətlər öz ətraflarında təhlükəsizlik zolağı yaratmağa çalışırlar:
“Bunu vaxtilə Rusiya da edib. Ukrayna müharibəsi başlamazdan əvvəl Moskva ətraf ölkələri öz maraqları çərçivəsində hərəkət etməyə, eyni zamanda onun yanında yer almağa sövq edirdi. ABŞ da bu siyasəti İran kontekstində fərqli formada həyata keçirib.
Yaxın Şərq dünyada ən problemli və qarışıq bölgələrdən biridir. Bu regionda sıx ittifaqlara və birgə fəaliyyətə hər zaman ehtiyac var. Türkiyə təhlükəsizliyini təmin etmək üçün həm böyük, həm də lokal oyunçularla əlaqələr qurur, onların gələcək davranışlarını əvvəlcədən müəyyən etməyə çalışır. Bundan başqa, regiondakı kürd qruplarını öz tərəfinə çəkməyə və əməkdaşlıq qurmağa cəhd edir.
Suriyada baş verən hakimiyyət dəyişikliyi Ankaranın bölgədəki mövqelərini gücləndirib. Türkiyə bu mövqeləri qoruyub saxlamaq istəyir. İbrahim Kalının İraqa səfəri həm də İranla kürdlər arasında ehtimal qarşıdurma ilə əlaqədar ola bilər. Məlumdur ki, İranda kürd qrupları son zamanlar aktivləşiblər. Bu isə İranla kürdlərin qarşı-qarşıya gəlməsi ehtimalını artırır. Türkiyə isə bu proseslərin qarşısını almaq niyyətindədir.
Bütün hallarda Türkiyə üçün regional sabitlik və təhlükəsizlik olduqca vacibdir. Bu məqsədlə Ankara əlindən gələn hər şeyi edir və diplomatik təmasları daha da intensivləşdirir”.
Turan Rzayev
15:05 / 21 Oktyabr 2026
8
14:50 / 21 Oktyabr 2026
30
14:45 / 21 Oktyabr 2026
41
14:45 / 21 Oktyabr 2026
34
14:33 / 21 Oktyabr 2026
131
14:31 / 21 Oktyabr 2026
68
14:22 / 21 Oktyabr 2026
146
14:20 / 21 Oktyabr 2026
49
14:08 / 21 Oktyabr 2026
308
14:04 / 21 Oktyabr 2026
57
13:51 / 21 Oktyabr 2026
469
13:47 / 21 Oktyabr 2026
56
13:40 / 21 Oktyabr 2026
57
13:34 / 21 Oktyabr 2026
69
13:29 / 21 Oktyabr 2026
187
13:19 / 21 Oktyabr 2026
405
13:08 / 21 Oktyabr 2026
68
13:01 / 21 Oktyabr 2026
88
12:57 / 21 Oktyabr 2026
81
12:53 / 21 Oktyabr 2026
79
12:50 / 21 Oktyabr 2026
166
12:45 / 21 Oktyabr 2026
219
12:44 / 21 Oktyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.