Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
581
22.11.2021, 22:26
Ermənistan vətəndaşları Sarqsyan İşxan Aşoti və Rafaelyan Vladimir Otari barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
OXU24.COM bildirir ki, musavat.com-un əldə etdiyi məlumatda bildirir ki, qeyd olunan şəxslər dövlət sərhədini qanunsuz keçmə, terrorçuluq, təxribat və digər cinayət əməllərinin törədilməsində təqsirləndirilir.
İstintaq materiallarına əsasən, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti, mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirmişlər.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanmış, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri "TM 62 - M" və "E-00-M" tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülmüşdür.
Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı noyabr ayının 23-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə mülki şəxslərin minaya düşmələri nəticəsində həlak olması və yaralanması hallarına baxmayaraq Ermənistan tərəfi ərazinin minalama xəritələrini tam təqdim etməməkdə, beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda davam edir.
Hazırda Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə minadan təmizləmə işləri aparır.
16:06 / 09 Noyabr 2026
1
15:54 / 09 Noyabr 2026
136
15:49 / 09 Noyabr 2026
53
15:47 / 09 Noyabr 2026
87
15:45 / 09 Noyabr 2026
112
15:40 / 09 Noyabr 2026
146
15:34 / 09 Noyabr 2026
64
15:23 / 09 Noyabr 2026
86
15:13 / 09 Noyabr 2026
97
15:05 / 09 Noyabr 2026
446
15:00 / 09 Noyabr 2026
112
14:58 / 09 Noyabr 2026
91
14:55 / 09 Noyabr 2026
108
14:42 / 09 Noyabr 2026
97
14:37 / 09 Noyabr 2026
93
14:29 / 09 Noyabr 2026
435
14:22 / 09 Noyabr 2026
239
14:17 / 09 Noyabr 2026
107
14:06 / 09 Noyabr 2026
1229
14:04 / 09 Noyabr 2026
129
13:44 / 09 Noyabr 2026
917
13:21 / 09 Noyabr 2026
141
13:11 / 09 Noyabr 2026
378
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.