Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün şəhid olan hərbi qulluqçumuzun FOTOSU

Bu gün şəhid olan hərbi qulluqçumuzun FOTOSU

HƏRBİ

1784

15.05.2021, 20:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, 15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunub.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Metbuat.az bu gün İranla sərhəddə şəhid olan baş leytenant Eyvazov Samir Elmar oğlunun fotosunu təqdim edir: