Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın bu silahı almasının MƏQSƏDİ AÇILDI: Qısa müddətdə DARMADAĞIN - DETALLAR

Azərbaycanın bu silahı almasının MƏQSƏDİ AÇILDI: Qısa müddətdə DARMADAĞIN - DETALLAR

HƏRBİ

837

27.06.2020, 13:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində verdiyi müsahibələrdə ordunun inkişafı, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttindəki vəziyyətə dair geniş fikirlərini açıqladı. Nazir bəzi məqamlara dair ilk dəfə olaraq fikir bildirdi. Ümumilikdə Müdafiə naziri ordu ilə bağlı cəmiyyəti maraqlandıran bütün suallara faktlar əsasında cavab verdi”.

Oxu24.com  xəbər verir ki, bunu “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspert bildirib ki, Zakir Həsənov 2013-cü ildən orduda başlayan islahatlara toxunaraq son 7 il ərzində Azərbaycan Ordusunun yenilənməsi - peşəkar və müasir ordular sırasına daxil olması üçün görülən işləri açıqlayıb və prosesin bu gün də davam etdiyini vurğulayıb: “Bununla nazir cəmiyyətdə yaranan suallara aydınlıq gətirdi. Zakir Həsənovun açıqladığı faktlar isə düşməni narahat etməyə bilməz. Erməniləri narahat edən ordumuzun müasir hücum silahları ilə silahlanmasıdır. Məsələn, Müdafiə naziri bildirib ki, Azərbaycan təkcə Rusiyadan və İsraildən hər biri ayrı-ayrılıqda 5 milyard ABŞ dolları həcmində silah və texnika alıb. Habelə müdafiə sənayesi sektorunda dünyanın ən yaxşı şirkətlərinin məhsullarının alınmasına prosesi isə indi də davam etdirilir.

Bu, vacib faktdır və Müdafiə nazirinin cəmiyyət qarşısında bu rəqəmləri açıqlaması ərazilərimizi işğal altında saxlayan Ermənistana ciddi ismarıcdır. Nazir bununla Azərbaycanın hərb qüdrətinin Ermənistandan qat-qat yüksək olduğunu açıq şəkildə dünyaya bəyan etdi və bu müasir silahların düşməni məhv etmək üçün onların mövqelərinə tuşlandığına işarə etdi. Ən vacib məqam isə ordunun birmənalı şəkildə hərbi əməliyyatlara tam hazır olmasının bəyan edilməsi idi. Zakir Həsənov müsahibəsində bir neçə dəfə Azərbaycan Ordusunun 2015, 2016, 2018-ci illərdə erməni hərbi birləşmələrinə qarşı uğurlu əməliyyatlarını xatırladaraq bu cür zərbələrin davamlı olacağını istisna etmədi”.


R.Məmmədlinin fikrincə, Müdafiə nazirinin qoşunların təmas xətti boyunca manevr imkanlarının güclənməsinə dair fikirləri də qarşı tərəfdə narahatlıq yaradıb:

“Ordumuzun son illərdə hücum silahlarına üstünlük verməsi də Zakir Həsənovun çıxışında hiss olunmaya bilməzdi. Ordumuzun son illərdə əldə etdiyi silah və texnikaların təyinatı hücum xarakterlidir və qısa müddətdə düşməni məhv edərək ərazilərimizin işğaldan azad edilməsinə hesablanıb. Müdafiə nazirinin fikirlərindən də belə qənaətə gəlmək olur ki, Azərbaycan Ordusunun ərazilərimizin işğaldan azad olunması üçün başlayacağı hərbi əməliyyatlar müasir döyüş təcrübəsinə əsaslanacaq. Ermənilər Dağlıq Qarabağın ətrafında yerləşən və işğal altında saxladıqları rayonları özləri üçün guya bufer zona sayırlar. Nazirin son açıqlamaları ilə düşmənin bu iddiası alt-üst oldu. Hesab edirəm ki, Zakir Həsənov bu müsahibəsində açıq və dolayısı ilə bildirdi ki, "bufer zona" Ermənistan Ordusunu məğlubiyyətdən xilas etməyəcək”.

Hərbi ekspert vurğulayıb ki, ordunun şəxsi heyətinin koronavirus pandemiyasından qorunması istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir:

“Virusun vüsət almaması üçün tədbirlərin davam etdirilməsi sevindiricidir”.

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0