Zakir Həsənov Slovakiyada Beynəlxalq Müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib
13 May 2026, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1020
23.06.2020, 20:07
Bu gün ölkə Prezidentinin "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Oxu24.com Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, həmin fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.
Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov iclası açaraq bildirib ki, hərbi qulluqçuların mənzil təminatı Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarətindədir. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.
Komissiyanın iclasında hazırda mənzil növbəsində olan 666 nəfər hərbi qulluqçudan 419 nəfər hərbi qulluqçunun Bakı və Naxçıvan şəhərlərində tam təmirli mənzillərlə təmin olunması və bu məqsədlə 2020-ci ilin dövlət büdcəsində ayrılmış 30,1 milyon manat vəsaitin yönəldilməsi barədə qərarlar qəbul edilib.
Beləliklə, dövlət başçısının fərmanının icrası olaraq bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2 140 nəfər hərbi qulluqçu Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mənzillərlə təmin olunub.
12:04 / 13 May 2026
1
12:00 / 13 May 2026
34
11:50 / 13 May 2026
32
11:46 / 13 May 2026
34
11:44 / 13 May 2026
37
11:35 / 13 May 2026
171
11:28 / 13 May 2026
35
11:22 / 13 May 2026
233
11:09 / 13 May 2026
289
10:56 / 13 May 2026
54
10:52 / 13 May 2026
449
10:49 / 13 May 2026
49
10:37 / 13 May 2026
50
10:33 / 13 May 2026
384
10:29 / 13 May 2026
68
10:26 / 13 May 2026
60
10:15 / 13 May 2026
72
10:11 / 13 May 2026
63
10:10 / 13 May 2026
65
10:08 / 13 May 2026
81
10:05 / 13 May 2026
142
09:18 / 13 May 2026
64
00:19 / 13 May 2026
337
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.