Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?
12 May 2026, 21:37
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1197
22.06.2020, 01:06
“Şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirir. Baxın, dünya reytinqlərində Azərbaycan ordusu həmişə yüksək yer tutur. Bəziləri çalışırlar ki, ordumuzun peşəkarlığını sual altına qoysunlar, bunlar hamısı ucuz siyasi nüfuz qazanmaq üçündür”.
OXU24.COM -UN xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib.
Z.Həsənov “Dağlıq Qarabağdakı qondarma rejim “prezident seçkiləri”ndən sonra Şuşa şəhərində “inaqurasiya” mərasimi keçirdi. Cənab nazir, biz Şuşanı niyə vurmadıq?” sualına da cavab verib:
“Bildirilir ki, cənab Prezidentin qarşısında məsələ qoymalı, nəsə etməli idim… İstəyirəm, həmin şəxslər eşitsinlər: Cənab Prezident nə etməyin lazım olduğunu məndən də, onlardan da yaxşı bilir. Və etdi.
Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusu planlı şəkildə irimiqyaslı təlimlərə başladı. Təlimlərin planına uyğun olaraq, qısa müddətdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank və top cəmləşdi.
Ermənilər təşvişə düşdülər, beynəlxalq qurumlara müraciət etdilər. Onların generalları, siyasətçiləri çıxış etdilər ki, bizə hədə-qorxu gəlirlər. ABŞ-da hərbi mütəxəssislər çıxış etdilər, bildirdilər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullarla, taktikalarla keçirilir, Amerika ordusunun təlimlərinə bənzərdir. Hətta bundan erməni lobbisi təşvişə düşüb, ermənipərəst senatorun vasitəsilə həm Müdafiə nazirinə, həm də dövlət katibinə müraciət edib ki, Azərbaycanı dayandırın. Baxın, dost görür, düşmən görür, bunlar görmürlər. Çünki məqsədləri başqadır. Məqsədlərinin nə olduğunu bilirəm…”.
00:19 / 13 May 2026
267
00:05 / 13 May 2026
1801
00:02 / 13 May 2026
216
23:59 / 12 May 2026
3504
23:54 / 12 May 2026
996
23:50 / 12 May 2026
243
23:43 / 12 May 2026
1185
23:40 / 12 May 2026
102
23:31 / 12 May 2026
100
23:27 / 12 May 2026
92
23:25 / 12 May 2026
86
23:22 / 12 May 2026
138
22:47 / 12 May 2026
205
22:38 / 12 May 2026
124
22:20 / 12 May 2026
113
21:59 / 12 May 2026
147
21:54 / 12 May 2026
132
21:37 / 12 May 2026
157
21:15 / 12 May 2026
138
20:55 / 12 May 2026
126
20:44 / 12 May 2026
224
20:42 / 12 May 2026
120
20:39 / 12 May 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.