Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
08 May 2026, 20:36
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
953
15.06.2020, 20:43
Rusiyanın Suriyadan Liviyaya Miq-29 və Su-24 döyüş təyyarələri göndərməsi xəbərindən sonra Türkiyənin Aralıq dənizində F-16-ların iştirakı ilə hərbi təlimlər keçirməsi iki ölkənin bir-birinə güc nümayişi kimi qiymətləndirilir.
Publika.az xəbər verir ki, “Sülh qartalı” adlanan təlimlərdə 17 təyyarə və səkkiz döyüş gəmisi iştirak edir. Təlimdə E-7T adlı havada təcili xəbərdarlıq və nəzarət təyyarəsinin iştirak etməsi də diqqət çəkib.
İyunun 11-də başlanan təlimlərdə iştirak edən F-16 təyyarələri döyüş ləvazimatları ilə tam təchiz edilmiş formadadır. Bununla yanaşı, F-16-ların havadan-havaya zərbə endirmək üçün istifadə olunan raketlərlə də təzhiz edilməsi diqqətdən yayınmayıb. Bu raketlər havadan gələn təhlükələrə qarşı istifadə olunur.
Türkiyəli yazar Seyfettin Ersöz hesab edir ki, təlimdə havadan-havaya zərbə raketlərinin istifadə olunması Rusiyanın Liviyaya təyyarə göndərməsinə qarşı mesajdır.
Qeyd edək ki, Türkiyə ordusu İdlibdə “Bahar qalxanı” hərəkatı zamanı Suriya rejiminə aid rus mənşəli Su-24 və L-39 tipli döyüş təyyarələrini də havadan havaya zərbə raketləri ilə vurmuşdu. Həmin vaxt Türkiyənin F-16 döyüş təyyarəsinin pilotu düşmən radarlarına düşməmək üçün öz radarını bağlamışdı.
18:18 / 12 May 2026
1
18:09 / 12 May 2026
38
17:50 / 12 May 2026
49
17:40 / 12 May 2026
64
16:55 / 12 May 2026
70
16:53 / 12 May 2026
59
16:27 / 12 May 2026
141
16:11 / 12 May 2026
99
15:49 / 12 May 2026
87
15:42 / 12 May 2026
135
15:31 / 12 May 2026
85
15:30 / 12 May 2026
747
15:26 / 12 May 2026
485
15:15 / 12 May 2026
97
15:04 / 12 May 2026
78
14:55 / 12 May 2026
80
14:50 / 12 May 2026
85
14:44 / 12 May 2026
86
14:38 / 12 May 2026
76
14:35 / 12 May 2026
85
14:25 / 12 May 2026
69
14:23 / 12 May 2026
102
14:21 / 12 May 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.