Hərbi təlimlərə çağırılanların nəzərinə
27 Yanvar 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1267
23.01.2020, 16:59
"Onun ölüm xəbərini internetdə oxudum”.
Bunu Qaynarinfo-ya açıqlamasında şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun həyat yoldaşı Məlahət İbrahimova deyib. Onun sözlərinə görə, bu müddət ərzində onlar Vəliəddin İbrahimovu itkin biliblər:
"Vəliəddin itkin düşmüşdü. Biz onu axtarırdıq. İnanırdım ki, Vəliəddin sağdır. Ümid edirdim, düşünürdüm ki, nə vaxtsa qapımızı döyəcək. Allahın qədəri belə oldu. Mən onu sağ gözləyərkən ölüm xəbərini aldım. Bir gün axşam evdə tək idim. İnternetdə nəsə axtarırdım. Birdən baxdım ki, naməlum şəhidlərin fotoları. Biri diqqətimi çəkdi, yaxınlaşdıranda baxdım ki, qonşumuz Tərlan. Vəliəddin də onunla getmişdi. Sonra birdən fotoların arasında Vəliəddini gördüm. O anda ev başıma yıxıldı. Axı mən onu bu müddətdə sağ bilirdim”.
Məlahət İbrahimov qeyd edib ki, ailə səhəri bir başa İmişli qəbiristanlığına yollanıb:
"Əlaqədar qurumlara müraciət etdim. Qardaşlarından və qızından analiz götürüldü. Təsdiqləndi ki, bu naməlum şəhid Vəliəddindi. Onun ölüm xəbərini alan günə kimi hər gecə yuxuma gəlirdi. Elə bir geçə yox idi ki, yuxuma gəlməsin. Amma ölüm xəbəri çıxandan sonra yuxularımdan çəkilib”.
Həmçinin oxuyun
Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.
Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb və bu gün 15:00-da Yevlax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
16:33 / 29 Yanvar 2026
1
16:27 / 29 Yanvar 2026
12
16:01 / 29 Yanvar 2026
72
15:54 / 29 Yanvar 2026
31
15:42 / 29 Yanvar 2026
73
15:25 / 29 Yanvar 2026
730
15:19 / 29 Yanvar 2026
71
15:15 / 29 Yanvar 2026
1116
15:05 / 29 Yanvar 2026
64
15:03 / 29 Yanvar 2026
45
14:59 / 29 Yanvar 2026
48
14:33 / 29 Yanvar 2026
51
14:31 / 29 Yanvar 2026
196
14:16 / 29 Yanvar 2026
1489
14:05 / 29 Yanvar 2026
87
13:18 / 29 Yanvar 2026
80
13:14 / 29 Yanvar 2026
199
13:11 / 29 Yanvar 2026
159
13:07 / 29 Yanvar 2026
68
13:03 / 29 Yanvar 2026
908
12:47 / 29 Yanvar 2026
65
12:33 / 29 Yanvar 2026
1868
12:15 / 29 Yanvar 2026
472
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.