Rusiya yeni qırıcıları orduya cəlb etdi - VİDEO
10 İyul 2025, 13:34
Qaynar xətt:
(+99450) 247 90 86“Səs rejissoru” olan şəhid — Bu gün onun doğum günüdür
HƏRBİ
790
15.05.2025, 16:10
Bu gün şəhid Allahverdizadə Elnur Əli oğlunun doğum günüdür.
Oxu24.com xəbər verir ki, Elnur Allahverdizadə 1995-ci il 15 may tarixində Sumqayıt şəhərində doğulub. 2001 –ci il 19 saylı Zəngilan Rayon Orta məktəbinə daxil olub. 2012-ci ildə 41 saylı Sumqayıt Şəhər Orta məktəbini bitirib. Elə həmin il Bakı Slavyan Universitetinin “Tərcümə” fakültəsinin “Çex-Azərbaycan” dili ixtisasına qəbul olub. 2016-cı ildə BSU-nu bitirərək vətənə xidmətə yollanıb. 2016-2017 –ci illərdə Daşkəsən rayonunda yerləşən 191 saylı hərbi hissədə Artilleriya ixtisası üzrə xidmət keçib.
Xidmətini başa vurduqdan sonra Allahverdizadə Elnur “Səs rejissoru” ixtisasına yiyələnib. Belə ki, “İlk media” ilə, “Picmus Production” ilə əməkdaşlıq edib. “İlk media”nın layihəsi olan “Bozbash Pictures” ilə birgə çalışıb, “Bir xalanın sirri” filmində yaradıcı heyətdə səs rejissoru kimi yer alıb. “Barama”, “Atılmışlar”, “Zeynəb” seriallarında fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışının 100 illiyinə həsr olunan “Son iclas” filmində də ona həvalə edilən işin öhdəsindən layiqincə gəlib. Bundan əlavə, Allahverdizadə Elnur saysız-hesabsız reklamların çəkilişlərinin səs rejissorluğunu edib. “İctimai” TV-də yayımlanan “Simurq” serialında Şəhid Elnur Allahverdizadə haqqında xeyli bəhs edilib, məlumat verilib, onun müharibədə keçdiyi yoldan bəhs edilib.
Vətən müharibəsi başlayarkən Sumqayıt Səfərbərlik Komissarlığının çağırışı ilə 29 sentyabr tarixində Azərbaycanın haqq savaşına qatılıb. Allahverdizadə Elnur 4 oktyabrdan hərbi xidmətdəki ixtisasına uyğun olaraq artilleriyaçı kimi, topçu kimi aktiv döyüşlərdə iştirak edib. Lazım gəldikdə Ağdam, Xocavənd, Tərtər istiqamətlərində də döyüşüb. Elnur müharibə zamanı Ağdamda yerləşən 195 saylı hərbi hissənin tabeliyində döyüşüb. 7 noyabr tarixində Ağcabədi rayonun Yuxarı Qiyaməddinli kəndində - (Xocavənd rayonu ilə üzbəüz)torlu top qəlpəsinin boğazına tuş gəlməsi nəticəsində şəhid olub. 8 noyabr tarixində Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhadətindən sonra, “Vətən Uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Həmçinin oxuyun
Şəhadətindən sonra yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində adına abidə ucaldılıb. 22 may 2021 –ci il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və İDEA Şahmat Klubunun təşkilatçılığı və dəstəyi ilə Şəhid Allahverdizadə Elnur Əli oğlunun şərəfinə onlayn şahmat turniri keçirilib. 10 Dekabr 2021 –ci il tarixində Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə həvəskar fotoqraflıqla da məşğul olan Elnurun çəkdiyi fotolardan ibarət Bakı şəhəri Xətai Sənət Mərkəzində foto sərgi keçirilib. Daha sonra 2022-ci il 10 may tarixində şəhidin doğum gününə həsr edilmiş növbəti foto sərgi Sumqayıt Rəsm Qalereyasında baş tutub. Ali təhsil aldığı Bakı Slavyan Universiteti daim Elnur Allahverdizadənin xatirəsini uca tutub. Ona ithaf edilən bir neçə tədbirlər keçirib. Elə tədbirlərdən biri 2022-ci il 3 noyabr tarixində BSU-da keçirilən “Mən Elnuram” adlı anım tədbiri olub. Bakı Slavyan Universitetində Elnur Allahverdizadənin çəkdiyi fotolardan ibarət sərgi keçirilib.
Bundan əlavə, Şəhid Allahverdizadə Elnur Əli oğlunun adı 15 –dən artıq kitab, jurnal və qəzetdə anılıb və ona məqalələr həsr edilib. Abşeron rayonu, Saray qəsəbəsindəki küçələrdən biri Şəhid Elnur Allahverdizadənin adını daşıyır.
00:13 / 11 İyul 2025
Kredit borcunu ödəyə bilməyənlərin nəzərinə
140
23:54 / 10 İyul 2025
Mirzə Qurbanov vəfat etdi
132
23:09 / 10 İyul 2025
Bu şəxsi görənlər dərhal XƏBƏR VERSİN
572
22:55 / 10 İyul 2025
Qəza baş verib: Yaralılar var
33
22:45 / 10 İyul 2025
Rusiya Kiyevi vurdu
38
22:37 / 10 İyul 2025
Şəmkirdə güclü yanğın
36
22:29 / 10 İyul 2025
Düyü ilə bu məhsulları yeməyin
41
22:12 / 10 İyul 2025
Bu BÜRCLƏRİN həyatı dəyişəcək - 2 gün qaldı...
478
22:10 / 10 İyul 2025
Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər
53
21:39 / 10 İyul 2025
Bu ölkələrin sərhədi oteldə yerləşən çarpayının ortasından keçirmiş - MARAQLI
207
21:39 / 10 İyul 2025
Makronun arvadının qəribə davranışının səbəbi məlum oldu - FOTO
72
21:33 / 10 İyul 2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
80
21:26 / 10 İyul 2025
İsrail müdafiə naziri təhlükəli açıqlamalar verib
59
21:15 / 10 İyul 2025
Moskvaya uçan PUA-lar vurulub
59
21:06 / 10 İyul 2025
"Həmin Zaur" verilişi yayımlanmayacaq
1145
21:02 / 10 İyul 2025
Reuters agentliyi Rusiya neftinə qarşı yeni sanksiyaların mümkün tarixlərini açıqlayıb
54
20:58 / 10 İyul 2025
Amerikadan "Ford" alanların nəzərinə - 850 min avtomobildə ciddi problem aşkarlandı
59
20:53 / 10 İyul 2025
İkinci dəfə Meloninin qarşısında diz çökdü
66
20:52 / 10 İyul 2025
Laçında insan skeletinin qalıqları tapılıb
68
19:46 / 10 İyul 2025
Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO
83
19:37 / 10 İyul 2025
Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var
72
19:33 / 10 İyul 2025
Baş dərisini "deşmək" saç çıxardır?
92
19:16 / 10 İyul 2025
"WhatsApp"da yeni funskiya - Söhbətlərimizə nəzarət olunacaq
83
19:01 / 10 İyul 2025
Rubio mümkün Tramp-Putin görüşünü şərh edib
82
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.