Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
40
18.11.2026, 17:25
Ukraynanın müdafiə qüvvələri noyabrın 17-də və 18-nə keçən gecə Rusiyanın Krasnodar diyarındakı İlski və Afipski neft emalı zavodlarına (NEZ) zərbələr endirib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin teleqram kanalındakı məlumatında bildirilib.
Məlumata görə, İlski NEZ ərazisində partlayışlar və tüstülənmə qeydə alınıb, rezervuarlar vurulub.
"Demək olar ki, eyni vaxtda Afipski NEZ-də də hava həyəcanı elan edilib. İlkin məlumata görə, burada neft emalı qurğusu vurulub. Zavodun illik gücü 6,25 milyon ton neft təşkil edir - bu da Rusiyada ümumi neft emalı həcminin 2 %-dən çoxudur", - məlumatda bildirilib.
Qeyd olunub ki, ümumilikdə bu 2 zavod ildə təxminən 13 milyon ton neft emal etmək gücünə malikdir.
"Ölkənin cənubunda yerləşən müəssisələr cəbhədəki Rusiya qoşunlarına yanacaq tədarükü üçün ən qısa marşrut üzərindədir. Buna görə də həmin müəssisələrin hər birində baş verən yanğın Rusiya ordusu üçün dizel yanacağı və benzinin, eləcə də Rusiyanın raket və "Shahed" tipli pilotsuz uçuş aparatları almaq üçün istifadə etdiyi neft gəlirlərinin azalması deməkdir", - bəyanatda vurğulanıb.
17:20 / 18 Noyabr 2026
22
17:20 / 18 Noyabr 2026
26
17:11 / 18 Noyabr 2026
131
17:05 / 18 Noyabr 2026
70
16:52 / 18 Noyabr 2026
153
16:45 / 18 Noyabr 2026
77
16:43 / 18 Noyabr 2026
84
16:41 / 18 Noyabr 2026
82
16:26 / 18 Noyabr 2026
134
16:21 / 18 Noyabr 2026
344
16:05 / 18 Noyabr 2026
102
16:00 / 18 Noyabr 2026
117
15:35 / 18 Noyabr 2026
104
15:32 / 18 Noyabr 2026
117
15:28 / 18 Noyabr 2026
105
15:22 / 18 Noyabr 2026
355
15:16 / 18 Noyabr 2026
118
15:12 / 18 Noyabr 2026
104
15:09 / 18 Noyabr 2026
126
15:05 / 18 Noyabr 2026
429
15:02 / 18 Noyabr 2026
112
14:58 / 18 Noyabr 2026
130
14:52 / 18 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.