Müdafiə nazirinin ən gənc müavini KİMDİR?
15 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2065
10.04.2025, 18:12
Bu gün qəhrəman şəhidimiz Ümüd Xəncəlovun doğum günüdür.
Oxu24.com Ümüd Xəncəlov 1994-cü il aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olub. Ümüd Xəncəlovun ailədə üç bacısı və bir qardaşı olub. Ümüd Xəncəlov ailənin sonbeşiyi idi. 2001-2012-ci illərdə K. Kərimov adına Hil kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Ulyana adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı.
Ümüd Xəncəlov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan Polad Həşimovun əsgəri idi.
Müddətli həqiqi hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. Kəşfiyyatçı olan Ümüd Xəncəlov əvvəlcə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə 6 ay təlim aldı, sonra isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.
Ümüd Xəncəlov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.
Azərbaycan Ordusunun əsgəri olan Ümüd Xəncəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhid olduğu günə qədər 50-dən çox hərbçisinin həyatını xilas edib. Ümüd Xəncəlov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümüd Xəncəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümüd Xəncəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.