Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10851
az

Meyiti tapılmadığı üçün paltarı dəfn edilən döyüşçümüz kimdir?

16:0213 Mart, 2019
1989
HƏRBİ
  • A
 

“Atamın bu qədər meyitini tapa bilməmişik. Onu itirəndə uşaq idim.Yadıma gəlir ki, anamgil atamın paltarlarını toplayıb, bir məzarda dəfn etdilər. Biz bu gün həmin məzarı ziyarət edirik”.


Şuşa döyüşləri zamanı şəhid olan və meyiti bu günə qədər tapılmayan döyüşçü Məmmədov Nəsrəddin Hacımahmud oğlunun övladı Mahmud Məmmədov atası ilə bağlı xatirələrini  Femida.az  -a danışıb.


-Atanız barədə danışmağınızı istərdim. Hansı peşənin sahibi idi?


- Atam 1940-cı ildə Balakən rayonu, Hənifə kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil alıb.Əvvəlcə o vaxtlar rayon kolxozunda rəssam, daha sonra isə Nizami adına Balakən rayon 1 saylı orta məktəbdə rəsmxət müəllimi işləyib. Atamın yaxşı rəsm qabiliyyəti olduğu üçün sonradan onu Balakən rayon mədəniyyət evinə rəssam kimi dəvət ediblər. Son iş yeri də ora olub.Uşaq vaxtı bizim də şəkillərimizi çəkərdi.düzdür,o zaman mən çox kiçik idim. Amma müəyyən məqamlar yadımda qalıb.


- Atanızın döyüşlərə getməsi barədə hansı məlumatları bilirsiniz?


-Həmin vaxt cəmi 5 yaşında idim. Ailədə 6 uşağıq. 5 bacının yeganə qardaşı mənəm. Təbii ki, hər şey yadımda qala bilməz. Anamın danışdıqlarına görə,atam döyüşlərə könüllü olaraq gedib. 1992-ci ilin fevralında baş vermiş Xocalı Soyqırımı atama çox pis təsir edib. O vaxt jurnalist Çingiz Mustafayevin çəkdiyi kadrlar cəmiyyətdə böyük səs-küy yaradıbmış. Atam həmin vaxt 52 yaşında olub. Bu səbəbdən də onu döyüşmək üçün qəbul etmirlərmiş. Atam hərbi komissarlığa dəfələrlə getsə də, geri qaytarılıb. Evə qayıdıb,əvvəlcə bığını qırxıb, saçını da keçəl edib ki, bir qədər cavan görsənsin. Bir neçə dəfə imtinadan sonra özü könüllü olaraq döyüşlərə yollanıb.


- Hansı istiqamətdə döyüşüb? Döyüşçü yoldaşları kimlər olub?


-Atam Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qənbərovun könüllülər batalyonunda döyüşüb. Batalyonda ən yaşlı döyüşçü atam olub. Ona görə də ona ağsaqqal deyə müraciət edirlərmiş. Düzdür,o peşəkar hərbçi olmasa da, özündən nisbətən gənclərin döyüşlərdə əhval-ruhiyyəsinin qaldırılmasında bir böyük kimi rol oynayıb. Bunu mənə atamın döyüşçü yoldaşı Mustafa Hacılı danışmışdı.


- Atanız döyüşlərə gedəndən sonra heç görüşünüz oldumu?


-Atamızı sonuncu dəfə 1992-ci ilin martın sonunda gördük. Mayın 20-də ad günü olacaqdı. Evə gələ bilmədiyi üçün bizə məktub yazdı. Məktubda tezliklə qayıdacağını qeyd etmişdi. Amma bu qismət olmadı.



-Son döyüşü barədə hansı məlumatınız var?


-Atamın son döyüşü Şuşa ətrafında olub. Xankəndi ilə Şuşa yolunun üstündə yerləşən “Zapravka” postu deyilən ərazidə xidmət aparıb. Həmin vaxt bizdə ağır texnika olmadığından düşmən yaxın məsafəyə qədər gəlibmiş. Bu zaman Milli Qəhrəman Albert Aqarunov tankla atamgilin batalyonuna dəstək verirmiş. Atamın döyüşçü yoldaşının sözlərinə görə, Albert Aqanurov geriyə,tankı “zapravka” etməyə qayıdan zaman düşmən onların üstünə gəlib. Arxa posta çəkilən zaman atam yolda vurulub. Döyüşçü yoldaşları qayanın arxasında sığınıb Aqarunovun gəlməsini gözləyiblər. Atamla son döyüşdə olan Mustafa Hacılının dediyinə görə,Aqarunov tankla köməyə gəlib. İki nəfər döyüşçü tankın kənarından yapışıb ərazidən çıxa bilib. Qalan döyüşçülər hamısı ərazidə qalıb və Şəhid olanlar da olub.


{banner_reklam}

-Bəs meyiti ərazidən necə çıxarıldı ?


-Onu ərazidən götürmək mümkün olmayıb. Döyüşdən cəmi iki nəfər çıxıb. Qalanları şəhid olub. Atamın meyitini tapa bilmədiyimiz üçün paltarlarını dəfn etdik. Bu gün də həmin məzarı ziyarət edirik. Onun meyitinin bu günə qədər tapılmaması mənə çox əziyyət verir.


-Atanızın əsir düşmə ehtimalı varmı?


-Yox, bu mümkün deyil.Döyüşçü yoldaşlarının dediyinə görə,orada sağ adam qala bilməzdi.Çünki ermənilər ağır silahlardan bizim döyüşçülərin yerləşdiyi ərazini güclü atəşə tutublar.Döyüşçü yoldaşları 40 mərasimində gəlib dedilər ki, gözləməyin,o döyüşdə həlak olub. Amma biz onun meyitini tapa bilmədik. Bəlkə də hardasa naməlum məzarlıqda dəfn olunub...


-Atanıza Şəhidlik statusu verilibmi?


-Bəli, rəsmi olaraq şəhidlik statusu verilib.Bir neçə il bundan əvvəl şəhidliyə görə verilən müavinət dayandırılmışdı. Həmin vaxt mən Şuşanın o vaxtki icra başçısı mərhum Nizami Bəhmənovun yanına getdim.Onda köhnə bir dəftər var idi. Həmin siyahıdan atamın adını tapdıq. Bizə arayış verildi ki,atam həqiqətən də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Rəsmi ölüm haqqında olan şəhadətnamə də ölüm yeri Şuşa şəhəri yazılıb.


-Atanızın adının əbədiləşdirilməsi üçün hansı işlər görülüb?


-Düzdür,dövlətimiz Şəhid ailəsi olaraq bizə çox diqqət göstərib. Ailəmizə mənzil verilib,ata evimiz təmir olunub,Şəhid ailəsi kimi bizə aylıq müavinət verilir. Buna baxmayaraq məni narahat edən bir sıra məsələlər var. Atamın yaşadığı Zaqatala rayonunda adına bir küçə,məktəb,bir guşə yoxdur. Bununla bağlı müraciət etsək də,müsbət cavab ala bilməmişik. Bundan əlavə ölkə Prezidentinin məlum sərəncamından sonra Şəhid vərəsələrinə birdəfəlik məbləğ ödənilir. Amma bu bizim ailəyə aid edilmir. Bizə deyirlər ki, Prezidentin sərəncamı yalnız hərbçilərə aiddir.Atamsa, döyüşlərə könüllü olaraq gedib. Fikrimcə bu düzgün yanaşma deyil. Həmin illərdə ordumuz hələ formalaşmadığı üçün əsasən könüllülərdən ibarət insanlar vətəni müdafiə edirdi. Xahiş edirəm ki, bu məsələlərə yenidən baxılsın.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meyiti tapılmadığı üçün paltarı dəfn edilən döyüşçümüz kimdir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ