Qaynar xətt:

(+99450) 247 90 86

Zakir Həsənov tonqaldan tullandı, əsgərlərlə rəqs etdi

Zakir Həsənov tonqaldan tullandı, əsgərlərlə rəqs etdi

HƏRBİ

1312

13.03.2019, 09:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.
Oxu24.com  nazirliyə istinadən xəbər verir ki, xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən və qədim ənənələrimizdən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.
Görüşdə daima dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan hərbi qulluqçular, döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin, döyüş ruhunun yüksək olduğunu və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduqlarını bildiriblər.