Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65361
az

Maşın almaq istəyənlərə şad xəbər: 1000 manata dövlət maşınları satılır

00:2315 Fevral, 2022
7232
ELANLAR
  • A

17, 29 və 31 mart tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən  Oxu24.com-a verilən məlumata əsasən, martın 17-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi, 29 martda təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 16 nəqliyyat vasitəsi, 31 mart tarixindəki hərraca isə 15 nəqliyyat vasitəsi çıxarılacaq.
 
Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2010-cu illər arasında dəyişir.
 
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə ikisi istisna olmaqla, qalanları bölgələrdə yerləşir. Tam siyahı ilə keçid vasitəsilə tanış ola bilərsiniz. 
 
Üç hərracda ümumilikdə 43 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin satış qiyməti 1 000 manatdan başlayır və 10 000 manata qədər artır.
 
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından və ya özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Əhalinin diqqətinə! BU GÜNDƏN YENİ TƏLƏB QÜVVƏYƏ MİNDİ

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000 MANAT
Qarabağ Universitetinə işçilər axtarılır - ELAN
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb