Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın nüvə silahından istifadə etməsi mümkün deyil - Ekspert

Rusiyanın nüvə silahından istifadə etməsi mümkün deyil - Ekspert

DÜNYA

395

02.03.2022, 18:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq hüquqa əsasən, Rusiya nüvə silahından istifadə edə bilməz. Bu, mümkün deyil. Nüvə silahına malik olan ölkələr ehtimal edilən hər hansı müharibə zamanı bir-birinə qarşı bu silahdan istifadə etməyəcəyinə dair öhdəlik götürüb.

Qeyri-nüvə dövlətlərinə qarşı isə ümumiyyətlə, bu silahdan istifadə edilməsi qəti qadağandır. Ukrayna da qeyri-nüvə dövlətidir və Rusiyanın bu ölkəyə qarşı nüvə silahından istifadə etməsi hüquqi baxımdan mümkün deyil.

Bu fikirləri Bakupost.az -a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, Rusiyanın başqa bir ərazisinə hərbi müdaxilə olsa belə, sözügedən ölkə nüvə silahından istifadə edə bilməz. Rusiya yalnız paytaxtına doğru ordu yeridiləcəyi təqdirdə bu silahdan istifadə edə bilər:

“Beynəlxalq Ədalət məhkəməsinin müvafiq qərarına əsasən, dövlətin mövcudluğuna təhlükə yaranacağı təqdirdə həmin dövlət nüvə silahından istifadə edə bilər. Digər hallarda yox”.