Qaynar xətt:

(+99450) 247 90 86

Putin: “Ukrayna NATO-ya daxil olsa, Rusiyaya zərbə üçün tramplin rolunu oynayacaq”

Putin: “Ukrayna NATO-ya daxil olsa, Rusiyaya zərbə üçün tramplin rolunu oynayacaq”

DÜNYA

446

22.02.2022, 09:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna NATO-ya daxil olsa, alyansın Rusiyaya zərbə endirməsi üçün irəliyə doğru tramplin rolunu oynayacaq.

Oxu24.com Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir əminliklə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Putin bildirib ki, Rusiya Federasiyasının Ukraynanın NATO-ya daxil olması və alyansın silahlarının bu ölkədə yerləşdirilməsinin əvvəlcədən gözlənilən nəticə olduğuna inanmaq üçün bütün əsasları var.

“NATO-ya Rusiya kimi böyük ölkələr lazım deyil”, - Rusiya lideri vurğulayıb.

Kreml rəhbəri daha əvvəl qeyd edib ki, 2000-ci ildə Prezident Bill Klintondan ABŞ-ın Rusiya Federasiyasının NATO-ya qəbuluna necə reaksiya verəcəyini soruşub. Onun sözlərinə görə, ABŞ rəhbərinin buna reaksiyası təmkinli olub.