Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
10 Noyabr 2026, 05:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
481
05.11.2021, 15:35
Erməni və yunan lobbisinə yaxınlığı ilə tanınan amerikalı senator və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Türkiyənin pilotsuz uçuş aparatı proqramını yaxından izləməyi və Azərbaycana edilən yardımları dayandırmağı təklif edən iki əlavə qanun layihəsi təqdim edib.
Kanal.az xəbər verir ki, ermənipərəst Menendez təklif etdiyi qanun layihələri ilə birbaşa Türkiyə və Azərbaycanı hədəfə alıb.
O, 1992-ci il tarixli “Azadlığa Dəstək Qanunu”nun 907-ci maddəsinə uyğun olaraq Azərbaycana yardımın dayandırılması ilə bağlı güzəştin ləğvini tələb edib.
Ermənilərə yaxınlığını gizlətməyən konqresmen bildirib ki, ABŞ-ın indiki administrasiyası və bütün gələcək hökumətlə belə yardımları dayandırmalıdır.
Menendez deyib ki, Türkiyənin hərbi ixracatının Silah İxracına Nəzarət Qanunu və ya ABŞ-ın hər hansı digər qanunlarını pozub-pozmadığı araşdırılmalıdır.
“Türkiyə pilotsuz təyyarələri keçən il Ermənistan və Azərbaycan arasında gedən müharibədə həlledici rol oynayıb. O vaxtdan bəri Polşa, Mərakeş və Ukrayna “Bayraktar TB2” alıb və onların arasında Anqola, Efiopiya, Niger, Nigeriya və Ruanda da var, digər ölkələr də maraq göstərir”, – Menendez vurğulayıb.
Qeyd edək ki, 1992-ci ildə qəbul edilmiş “907-ci düzəliş”ə əsasən ABŞ Azərbaycana dövlət səviyyəsində yardımı dayandırıb. Amma ABŞ Dövlət Departamenti və prezidenti hər il bu düzəlişin yerinə yetirilməsini bir illik təxirə salır. İndi Menendez ABŞ hökumətindən bu təxirəsalmaları dayandırmağı tələb edir.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.