ABŞ İrana zərbə endirdi
13 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1140
16.03.2021, 19:04
Türkiyə ordusunun əməliyyatlar zamanı saxladığı PKK terrorçuları arasında gənc qızlar da yer alıb.
Saxlanılanlar arasında 23 və 25 yaşlı qızlar da olub.
Saxlanılanlardan biri, 23 yaşlı D.N. açıqlamasında bildirib ki, 15 yaşı olarkən terrorçuların əlinə düşüb.
"Bizi aldadıb, piknik adı ilə apardılar. Bir neçə gənc qızla birlikdə bizi dağa qaçırdılar. Həmin gün hava çox soyuq və qaranlıq idi. Səhərə qədər ağladım və məni buraxmaları üçün yalvardım. Məni təpiklə vurdular, ağlamağı kəsməsəm öldürəcəklərini dedilər”, - deyə D.N. bildirib.
Qadın bildirib ki, onun kimi aldadılan qızlarla birlikdə 25 gün terrorçuların gizləndikləri yerləri gəzdiriblər:
"Qızları terrorçulara bağışlayırdılar. Həmin ərazilər insanlığın unudulduğu yerlər idi. Kim oradan qaçsa ailə üzvlərini öldürəcəklərini deyirdilər. Qızları zorlayır, bəzilərini öldürür, bəzilərinə isə təlimlər keçirdilər. Təlimlər keçəndən sonra bizi bölgələrə ayırdılar”.
D.N. deyir ki, qaçmaq istəsə də terrorçular tərəfindən saxlanılıb:
"Bir ay həbsdə saxladılar. Hər gün döydülər, zorladılar. Yaralarıma məlhəm sürtmədilər. Ac-susuz ölümə tərk etdilər. İnsanlığa sığmayan əzablar verdilər”.
D.N. Türk ordusunun keçirdiyi əməliyyat zamanı könüllü olaraq təslim olub. O, terrorçuların əlində olan qadınlara səslənərək bildirib ki, bacarırlarsa, qaçsınlar: "Analarınız, ailəniz sizin yolunuzu gözləyir”./Avropa.info
11:55 / 13 Noyabr 2026
12
11:45 / 13 Noyabr 2026
22
11:40 / 13 Noyabr 2026
42
11:21 / 13 Noyabr 2026
151
11:15 / 13 Noyabr 2026
61
11:12 / 13 Noyabr 2026
70
11:00 / 13 Noyabr 2026
65
10:50 / 13 Noyabr 2026
65
10:45 / 13 Noyabr 2026
67
10:39 / 13 Noyabr 2026
76
10:25 / 13 Noyabr 2026
92
10:22 / 13 Noyabr 2026
107
10:20 / 13 Noyabr 2026
80
10:08 / 13 Noyabr 2026
347
10:02 / 13 Noyabr 2026
85
09:51 / 13 Noyabr 2026
159
09:46 / 13 Noyabr 2026
1106
09:44 / 13 Noyabr 2026
142
09:38 / 13 Noyabr 2026
112
09:34 / 13 Noyabr 2026
160
09:33 / 13 Noyabr 2026
91
09:31 / 13 Noyabr 2026
104
01:52 / 13 Noyabr 2026
303
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.