Qaynar xətt:

(+99450) 247 90 86

İrandan ermənilərə yanacaq  daşıyan avtosistern alışıb yandı

İrandan ermənilərə yanacaq  daşıyan avtosistern alışıb yandı

DÜNYA

5214

16.03.2021, 15:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın Sünik vilayətində Qafan-Gorus avtomobil yolunda İran İslam Respublikasına məxsus yanacaqla dolu avtosistern aşıb.

Oxu24.com  xəbər verir ki, məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyi yayıb.

“Scania” avtosisternin qoşqusu Qafan-Gorus yolunun 25-ci kilometrində aşarkən yanacaq sızması baş verib. Avtomobili İran vətəndaşı İsmayıl Makdi idarə edirmiş.

Hadisə yerinə Ermənistan FHN-in yanğınsöndürən-xilasetmə dəstəsi cəlb edilib.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.