Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə və ABŞ ordusu birgə hərbi təlimlər keçirəcək

Türkiyə və ABŞ ordusu birgə hərbi təlimlər keçirəcək

DÜNYA

1435

16.03.2021, 15:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Silahlı Qüvvələri və ABŞ ordusu Aralıq dənizinin şərqində birgə təlimlər keçirəcək.

“Report” “Haber Türk”ə istinadən xəbər verir ki, təlimin bu gün baş tutacaq mərhələsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Gemlik” gəmisi və ABŞ-ın “Einsenhower” aviadaşıyıcısı iştirak edəcək.

Birgə təlimlər martın 18-də Çanaqqala Zəfərinin ildönümündə genişləndirilmiş şəkildə davam edəcək.

İki ölkənin hərbi hava qüvvələrinin təyyarələri də birgə təlimlərə qatılacaq.