Antoine Lavoisier haqqında maraqlı FAKTLAR
18 Noyabr 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1421
20.05.2020, 14:06
1988-ci ildə 2 yaşında qaçırılan və başqa bir ailənin övladlığına verilən gənc 32 il sonra tapılıb.
Oxu24.com xarici mediaya istinadən bildirir ki, 1988-ci ildə Çində baş verən bu hadisə zamanı Mao Yin adlı uşaq atası ilə su almaq üçün girdiyi oteldən qaçırılıb.
Bundan sonra işindən ayrılan ana oğlunu axtarmaq üçün bütün Çini axtarıb. Oğlu üçün Çinin 10 fərqli regionuna 100 min əllə yazılan elan paylayan ana çox sayda televiziya kanalına çıxaraq yardım istəyib. Hətta bu müddətdə ana 300-dən artıq oğurlanan uşaqla görüşüb. Oğlunu axtarmaqdan vaz keçməyən ana 2007-ci ildə itkin düşən uşaqları tapmaq üçün qurulan dərnəyə könüllü üzv olub. Fəaliyyətilə 29 ailə ilə uşağını bir araya gətirməyi bacaran ana illər keçməsinə baxmayaraq oğlunu tapa bilməyib.
Aprel ayında isə onun 30 ildir gözlədiyi xəbər gəlib. Polis Siçuan əyalətində bir uşaq və bu uşağın övladlığa verildiyi ailənin zəngindən sonra hərəkətə keçib. Ailə və polis məlumatı dəqiqləşdirəndə bəlli olub ki, 34 yaşlı Gu Ningnina illərdir axtarılan həmin şəxsdir.
Mao Yin bununla da ailəsinə, son 30 ildə onu hər gün axtaran anasına qovuşub. Gələcəkdə nə edəcəyi haqda qərar vermədiyini deyən Mao hələlik vaxtını anası ilə keçirəcəyini bildirib. Oğluna qovuşan ana isə ona köməklik edən on minlərlə insana təşəkkür edib.
21:55 / 18 Noyabr 2026
13
21:53 / 18 Noyabr 2026
1
21:40 / 18 Noyabr 2026
53
21:26 / 18 Noyabr 2026
60
21:20 / 18 Noyabr 2026
64
21:09 / 18 Noyabr 2026
68
21:03 / 18 Noyabr 2026
85
20:53 / 18 Noyabr 2026
95
20:50 / 18 Noyabr 2026
83
20:45 / 18 Noyabr 2026
218
20:42 / 18 Noyabr 2026
110
20:40 / 18 Noyabr 2026
98
20:34 / 18 Noyabr 2026
101
20:28 / 18 Noyabr 2026
94
20:19 / 18 Noyabr 2026
568
20:05 / 18 Noyabr 2026
127
19:56 / 18 Noyabr 2026
118
19:41 / 18 Noyabr 2026
106
19:36 / 18 Noyabr 2026
106
19:36 / 18 Noyabr 2026
100
19:26 / 18 Noyabr 2026
116
19:19 / 18 Noyabr 2026
135
19:15 / 18 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.