ABŞ İran qüvvələrinə ZƏRBƏ ENDİRİB
07 Noyabr 2026, 09:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
253
17.10.2026, 13:45
Ukraynada prezident seçkilərinin keçirilməsi və hazırkı Prezident Volodimir Zelenskinin mümkün rəqibləri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin “Newsweek” jurnalı hətta gələcək dövlət başçısı postuna iddia edə biləcək dörd şəxsin adını açıqlayıb.
Siyahıda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı, prezident ofisinin rəhbəri Kirill Budanov, keçmiş müdafiə naziri Mixail Fedorov və ölkənin beşinci prezidenti Petro Poroşenko yer alıb.
Müzakirələr ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni rəhbərliyə ehtiyac olduğu barədə açıqlamasından sonra daha da intensivləşib. Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarının səbəblərindən biri Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə zərbələri və enerji bazarındakı vəziyyətlə bağlıdır. Zelenski isə ABŞ nümayəndələri ilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib.
Mümkün seçkilərin keçirilməsi halında namizədlər arasında ən yüksək ictimai etimada malik şəxslərdən biri Valeri Zalujnı hesab olunur. Aparılmış rəy sorğularına görə, hazırda respondentlərin 64 faizi Zalujnıya, 53 faizi isə Zelenskiyə etibar etdiyini bildirib.
Bununla belə, mümkün seçkilərin birinci turu üzrə göstəricilər fərqlidir: Zelenskiyə 22,9 faiz, Zalujnıya isə 20,2 faiz dəstək ifadə edilib. Bu rəqəmlər keçmiş baş komandanın ciddi rəqib olduğunu göstərsə də, onun seçkilərdə mütləq qalib gələcəyinə zəmanət vermir.
Digər mümkün namizəd hesab olunan Kirill Budanov 2026-cı ilin yanvarından Ukrayna prezidentinin ofisinə rəhbərlik edir. Onun kəşfiyyat sahəsindəki fəaliyyəti ictimai tanınmasına töhfə versə də, prezident seçkilərində iştirak etmək niyyəti barədə rəsmi açıqlaması yoxdur. Keçmiş müdafiə naziri Mixail Fedorov isə hərbi sahədə rəqəmsal islahatlar və texnoloji layihələrlə tanınır.
Məqalədə qeyd olunan məlumatlara görə, onun ictimai etimad göstəricisi yayda 65 faiz olduğu halda, oktyabrda 38 faizə düşüb. Petro Poroşenko siyasi təcrübəsi və partiya dəstəyi ilə seçilsə də, sorğuda respondentlərin 70 faizi ona etimad göstərmədiyini bildirib.
Ukraynada prezident seçkilərinin keçirilmə tarixi hələ müəyyən edilməyib. Hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinə qanunvericilik məhdudiyyətləri mövcuddur və səsvermənin təşkili üçün təhlükəsizlik, seçki komissiyalarının fəaliyyəti, xaricdə yaşayan vətəndaşların, eləcə də hərbçilərin iştirakı kimi məsələlər həll edilməlidir. Zelenski Rusiya Prezidenti Vladimir Putinin 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bəyan edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə ölkəsinin atəşkəs deyil, uzunmüddətli sülh istədiyini, seçkilər keçiriləcəyi təqdirdə, Putinin seçki günü Ukraynaya zərbələrin dayandırılması barədə göstəriş verməyə hazır olacağını söyləyib.
Bütün bu müzakirələrə və rəy sorğularına baxmayaraq, Ukraynada prezident seçkilərinin nə vaxt keçiriləcəyi sualı açıq olaraq qalmaqdadır.
10:44 / 07 Noyabr 2026
1
10:23 / 07 Noyabr 2026
69
10:16 / 07 Noyabr 2026
89
10:14 / 07 Noyabr 2026
77
09:54 / 07 Noyabr 2026
128
09:43 / 07 Noyabr 2026
80
09:36 / 07 Noyabr 2026
1222
09:16 / 07 Noyabr 2026
132
09:09 / 07 Noyabr 2026
92
01:05 / 07 Noyabr 2026
546
00:23 / 07 Noyabr 2026
380
00:10 / 07 Noyabr 2026
600
00:06 / 07 Noyabr 2026
242
23:59 / 06 Noyabr 2026
378
23:42 / 06 Noyabr 2026
546
23:37 / 06 Noyabr 2026
301
23:32 / 06 Noyabr 2026
192
23:28 / 06 Noyabr 2026
346
23:21 / 06 Noyabr 2026
195
23:17 / 06 Noyabr 2026
182
23:11 / 06 Noyabr 2026
160
23:00 / 06 Noyabr 2026
170
22:55 / 06 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.