Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanın Baş naziri istefa iddialarına CAVAB VERDİ

Gürcüstanın Baş naziri istefa iddialarına CAVAB VERDİ

DÜNYA

63

07.09.2026, 13:39

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətdə dəyişikliklərin ediləcəyi və istefası verəcəyi barədə yayılan məlumatları cəfəngiyat adlandırıb.

Oxu24.com xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında ona hər üç aydan bir istefası ilə bağlı sual verildiyini deyib.

Baş nazir bu sualı üç aydan sonra ona yenidən veriləcəyini gözlədiyini əlavə edib.

Kobaxidze Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradzenin Baş nazir postunu tutacağı barədə yayılan informasiyaların böhtan olduğunu bildirib.

Qeyd edək ki, Gürcüstanın bəzi müxalifyönlü KİV-ləri hökumətdə dəyişikliklərin ediləcəyi barədə məlumatlar yayıb. Hakim komanda üzvləri isə hökumət dəyişiklikləri ilə bağlı hər hansı bir plan və ya ideyanın olmadığını bildirirlər. (APA)