Nəsimi Musayevlə bağlı ŞOK:Uşaqların telefonlarını alıb?
03 Noyabr 2026, 18:53
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
265
14.08.2026, 15:50
Avqustun 14-də Mərkəzi Asiyanın dörd ölkəsində - Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda elektrik enerjisinin verilməsində kütləvi kəsintilər baş verib.
Musavat.com xəbər verir ki, Özbəkistan Energetika Nazirliyinin verdiyi məlumata görə, qonşu ölkənin enerji sistemində baş verən qəza Mərkəzi Asiyanın vahid enerji sisteminə təsir göstərib və nəticədə regionun enerji şəbəkəsinin fəaliyyəti pozulub.
Hazırda mütəxəssislər hadisənin səbəblərini araşdırır və fəsadları aradan qaldırırlar. Özbəkistanda elektrik kəsintiləri Surxandərya və bir neçə digər vilayətdə qeydə alınıb.
Qazaxıstanda isə elektrik kəsintiləri Almatı və Almatı vilayətində müşahid olunub.
"KEGOC" şirkətinin məlumatına görə, saat 14:38-də 500 kV-luq üç yüksək gərginlikli hava xəttində qəza baş verib və nəticədə qəza əleyhinə avtomatlaşdırma sistemi işə düşüb.
Elektrik kəsintisi təxminən 300 MVt təşkil edib. Almatının bir neçə rayonu işıqsız qalıb. Sakinlərin bildirdiyinə görə, analoji kəsintilər Çimkənd və Taldıqorğanda da qeydə alınıb.
Qırğızıstanda kəsintilər paytaxt Bişkek və İssık-Kul vilayətini əhatə edib. Milli Elektrik Şəbəkəsi hələlik hadisənin rəsmi səbəbini açıqlamayıb.
Tacikistanda isə işıqlar Düşənbə, Xucand, Kulob, Vahdat, Norak, Hisar, Şəhrinav, Roğun və digər yaşayış məntəqələrində sönüb. Energetika və Su Ehtiyatları Nazirliyindəki mənbənin ilkin versiyasına görə, qəzaya yüksək yüklənmə səbəbindən Norak SES-in aqreqatlarının açılması səbəb ola bilər.
18:59 / 03 Noyabr 2026
4
18:53 / 03 Noyabr 2026
73
18:49 / 03 Noyabr 2026
29
18:40 / 03 Noyabr 2026
43
18:33 / 03 Noyabr 2026
48
17:53 / 03 Noyabr 2026
492
17:51 / 03 Noyabr 2026
87
17:35 / 03 Noyabr 2026
92
17:10 / 03 Noyabr 2026
120
16:56 / 03 Noyabr 2026
124
16:51 / 03 Noyabr 2026
303
16:43 / 03 Noyabr 2026
115
16:35 / 03 Noyabr 2026
336
16:31 / 03 Noyabr 2026
244
16:23 / 03 Noyabr 2026
837
16:21 / 03 Noyabr 2026
192
16:13 / 03 Noyabr 2026
178
16:01 / 03 Noyabr 2026
292
15:55 / 03 Noyabr 2026
231
15:52 / 03 Noyabr 2026
103
15:20 / 03 Noyabr 2026
171
15:05 / 03 Noyabr 2026
160
14:50 / 03 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.