Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
10 Noyabr 2026, 05:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
519
08.07.2026, 22:04
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma bağlamaq istədiyinə əmin olmadığını bildirib.
Oxu24.com xəbər verir ki, o, bu barədə Ankarada keçirilən NATO sammitində jurnalistlərin sualına cavab olaraq bildirib.
Tramp qeyd edib ki, əvvəllər İran liderlərini çox rasional insanlar hesab edirdi, lakin onların son həftələrdəki addımlarından sonra fikrini dəyişib.
"Mən onları daha yaxşı tanıdım. Düşünürdüm ki, iranlılar daha rasionaldırlar, amma onların son bir və ya iki həftə ərzindəki atdıqları addımlardan aydın olur ki, onlar İran xalqının maraqlarına xidmət etmirlər", - Tramp bəyan edib.
ABŞ liderinin sözlərinə görə, Tehran razılaşma bağlamaq istəyir, lakin bunu necə edəcəyini bilmir.
"Mən onlarla razılaşma bağlamaq istədiyimə əmin deyiləm. Biz oyun oynaya bilərik, amma mən razılaşma bağlamaq istədiyimə əmin deyiləm. Gəlin, sadəcə işi yekunlaşdıraq", - o deyib.
Tramp bir daha vurğulayıb ki, ABŞ-nin əsas tələbi İranın nüvə silahı əldə etməsinə maneə olmaqdır. O əlavə edib ki, Tehranın hərəkətləri, o cümlədən gəmilərə gecə hücumları onun xoşuna gəlmir.
ABŞ lideri qeyd edib ki, İranla hərbi əməliyyatların bərpa olunmasını gözləmir. Onun sözlərinə görə, əgər münaqişə yenidən başlayarsa, hər şey çox tez baş verəcək, ABŞ isə İranın atdığı addımlara daha genişmiqyaslı zərbələrlə cavab verəcək. Tramp vurğulayıb ki, Vaşinqton Tehranla onun öz dilində danışır və uzunmüddətli qarşıdurmaya can atmır.
05:37 / 10 Noyabr 2026
51
05:27 / 10 Noyabr 2026
52
04:34 / 10 Noyabr 2026
91
04:12 / 10 Noyabr 2026
113
02:34 / 10 Noyabr 2026
133
02:02 / 10 Noyabr 2026
127
01:30 / 10 Noyabr 2026
255
01:19 / 10 Noyabr 2026
409
01:00 / 10 Noyabr 2026
182
00:25 / 10 Noyabr 2026
769
00:20 / 10 Noyabr 2026
147
00:14 / 10 Noyabr 2026
370
00:08 / 10 Noyabr 2026
139
23:52 / 09 Noyabr 2026
238
23:52 / 09 Noyabr 2026
1976
23:48 / 09 Noyabr 2026
146
23:42 / 09 Noyabr 2026
359
23:37 / 09 Noyabr 2026
407
23:32 / 09 Noyabr 2026
174
23:28 / 09 Noyabr 2026
184
23:23 / 09 Noyabr 2026
147
23:17 / 09 Noyabr 2026
229
23:12 / 09 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.